Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92350
az

Zəlzələ namazı necə qılınmalıdır? - Qayda

10:3808 İyul, 2023
110
CƏMİYYƏT
  • A

OXU24.COM xəbər verir ki, İlahiyyatçı İsmayıl Əhmədovun verdiyi məlumata görə, ayət namazı aşağıdakı kimi qılınmalıdır: 

Qaydası.

Ayət namazı iki rəkətdir. Hər rəkətdə beş rüku var. Onu iki şəkildə yerinə yetirmək olar:

1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur.

2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. 

Məsələn, "Həmd"dən sonra "İxlas" surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: "Bismillahir rəhmanir rəhim", "Qul huvəllahu əhəd", "Allahu səməd" "Ləm yəlid və ləm yuləd", "və ləm yəkun ləhu kufuvən əhəd". Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur.

Ayət namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.

Gündəlik namazda vacib və müstəhəb olan işlər ayət namazında da vacib və müstəhəbdir. Amma ayət namazının azan və iqaməsi yoxdur. Bunun əvəzində üç dəfə "Əssəlat" deyilir.

Müstəhəbdir ki, hər rəkətdə səcdəyə getməzdən öncə "Səmiəllahu li mən həmidəh" və "Allahu əkbər" deyilsin. Eləcə də, hər rükudan öncə və sonra təkbir demək müstəhəbdir.

Onuncu rükudan öncə qunut oxumaq müstəhəbdir.

Rəkətlərin sayında şəkk olsa və neçə rəkət qılındığı bilinməsə, namaz batildir. Amma rəkətlərin sayında şəkk olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yəni səcdəyə gedilsə şəkkə etina olunmur.

Ayət namazının hər rükusu bir rükndür. Bilərəkdən və ya səhvən bu rüknlər artırılıb-əskildilsə namaz batildir.

Hökmlər Ayətullah Məkarim Şiraziyə məxsusdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR