Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92259
az

“Əhmədli” metrosunda sərnişinlər polislə DALAŞDI: Saxlanılanlar var - VİDEO

15:0306 İyul, 2023
105
CƏMİYYƏT
  • A

Ötən gün Bakı metrosunda dava düşüb. 

Bakı metrosunun "Əhmədli" stansiyasında polislə sərnişinlər arasında insident yaşanıb. 

OXU24.COM  bizim.media-ya istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Sərnişinlər tərəfindən qeydə alınan kadrlarda bir neçə şəxsin polis tərəfindən saxlanıldığı görünür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, insident iyulun 5-də metronun "Əhmədli" stansiyasında qeydə alınıb. Belə ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq, iki qadın sərnişindən əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar isə polisin qanuni tələbinə tabe olmaq istəməyərək, qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər. 

"Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq, polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar.

Onlar barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib", - deyə nazirliyin məlumatında vurğulanıb.

Sosial şəbəkələrdə yayılan həmin görüntüləri təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quba və Xaçmaza dolu yağır - VİDEO
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı  - FOTO
Toyda qəribə ADƏT - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı