Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92038
az

Şəkidən dəhşətli xəbər gəldi: Ölənlər var

09:5803 İyul, 2023
328
CƏMİYYƏT
  • A

Şəkidə baş verən ağır yol qəzasında biri azyaşlı olmaqla iki nəfər ölüb, üç nəfər yaralanıb.

1978-ci il təvəllüdlü Balakən rayon sakini Nazim Umarhacı oğlu Umarov idarə etdiyi “Reno Loga” markalı 99 VG 782 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən 1993-cü il təvəllüdlü Azər Əli oğlu Murtuzov və Şəki rayonu Suçma kənd sakini 2019-cu il təvəllüdlü Sədəf Dilqəm qızı Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər. 

Sürücü Nazim Unarov, qəza zamanı həyatını itirən azyaşlı Sədəfin atası 1990-cı il təvəllüdlü Dilqəm Vəli oğlu Seyidəliyev və 2001-ci il təvəllüdlü Beyləqən rayon sakini Əşrəf Zöhrab oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri qəza zamanı avtomobildə sıxışıb qalan yaralıları və həlak olanların meyitlərini çıxararaq həkim briqadasına təhvil verib. 

Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Şəki rayon şöbəsinə göndərilib. 
Yaralılar müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazirliyin sabiq xanım əməkdaşı yüksək vəzifəyə təyin olundu
Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb
Bu şəxslər hər gün yumurta yeməlidir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı