Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91748
az

Gəncədə Universitet tələbəsi qətl törətdi - VİDEO

14:0029 İyun, 2023
106
CƏMİYYƏT
  • A

Gəncə şəhərində qətl hadisəsi baş verib.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib.

Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini Samir Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib. Nəticədə kafenin sahibi hadisə yerində ölüb.

Gəncədəki universitetlərdən birinin tələbəsi olan Samir Hüseynovun kafedə müvəqqəti günəmuzd işlədiyi bildirilir. İlkin ehtimala görə, mübahisə tərəflərdən birinin söyüş söyməsi nəticəsində qızışıb. Hadisə ilə əlaqədar kafenin fəaliyyəti dayandırılıb.

Hadisəni törətməkdə təqsirləndirilən 19 yaşlı Samir Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı