Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91364
az

Bağırsaqlarda polipin əlamətləri

10:4524 İyun, 2023
174
  • A

Bağırsaqlarda yaranan poliplər zamanla xərçəngə çevrilə bilər.

Poliplər daxili səthində bir neçə millimetrdən bir neçə santimetrə qədər olan kiçik şişlərdir. Onlar müxtəlif formalarda olur: bəziləri göbələkvari, bəziləri "oturaq", bəziləri isə demək olar ki, tamamilə düzdür.

 OXU24.COM  xəbər verir ki, onkoloq Pavel Çernıxın sözlərinə görə, bir çox poliplər zərərsizdir, lakin zaman keçdikcə, onlardan bəziləri bağırsaq xərçənginə çevrilir və şişə qabaqcıl mərhələdə diaqnoz qoyularsa, xəstə xilas edilə bilər.

"Hər kəsdə polip yarana bilər, lakin yaşı 50-dən yuxarı, artıq çəkisi olan, mütəmadi olaraq, yağlı qidalar qəbul edən, siqaret çəkən, genetik meyli olan insanlarda polip əmələ gəlmə riski daha yüksəkdir.

Bağırsaq polipləri olan bir çox insanda xüsusi simptomlar yoxdur. Bəzi hallarda qeyri-spesifik simptomlar müşahidə edilə bilər.

• Bağırsaqlardan qanaxma
• Nəcisin rənginin dəyişməsi: qan qırmızı zolaqlar şəklində görünür və ya nəcis çox tünd qırmızı olur
• Bağırsaq vərdişlərində dəyişikliklər: məsələn, bir neçə gündən çox davam edən qəbizlik və ya ishal baş verir
• Ağrı: Polip böyüyərsə, bağırsağı qismən bağlaya və qarın sancmalarına səbəb ola bilər
• Dəmir çatışmazlığı anemiyası
Poliplərdən ən təhlükəlisi 10 mm-dən çox olan və hüceyrələrinin yüksək dərəcədə displaziyası olan poliplərdir.

NİGAR.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü