Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91238
az

Bu linklərə daxil olmayın - Xəbərdarlıq

17:3721 İyun, 2023
118
CƏMİYYƏT
  • A

Son günlər "Telegram" vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan "Telegram"da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəsini daxil etməsi tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun "Telegram" hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun "Telegram" istifadəçisi olan əlaqələrinə göndərilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər.

Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeni inşa olunan binadan 7200 manatlıq oğurluq edildi