Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91184
az

Bakıda çantasından 40 min oğurlanan qadın pulu bunun üçün toplayıbmış - AÇIQLAMA

15:2720 İyun, 2023
111
  • A

Xəbər verdiyimiz kimi, Bakıda qadının içərisində 23 500 dollar (40 min AZN) olan pulqabısı oğurlanıb. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23 500 ABŞ dolları və sənəd olan pulqabısı oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb.

 DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, qadın ev almağa gedərkən pulu oğrulanıb:

"Bu, zəhmətkeş və ziyalı bir ailənin övladlarına ev almaq üçün topladığı pul olub. Arzularına gerçək etməyə çalışırdılar. Pulun yolda oğurlanması bir ailənin, bir gəncin istəklərini, zəhmətlərini alt-üst etmişdi. Ümid yeri kimi 8-ci Polis Bölməsinə yaxınlaşan ailəni dinləyən polis əməkdaşları cinayətkarı qısa vaxt ərzində saxlayıblar. Oğurlanan pul ondan geri alınaraq ailəyə qaytarılıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO