Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91134
az

"Uşaqlı ailəyə 500 manat veriləcək" SMS-ləri ilə bağlı AÇIQLAMA

16:5019 İyun, 2023
86
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president.az) oxşar saxta veb səhifələr yaradılaraq ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara yeni qanunun qüvvəyə minməsi və uşaqlı hər bir ailəyə 500 manat məbləğində müavinət verilməsi ilə bağlı saxta mesajlar göndərilir.
OXU24.COM  xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan qeyd olunan müavinəti əldə etmək üçün göndərilən saxta keçidə daxil olaraq özünün və övladının tam adını, növbəti mərhələdə isə bank kartı məlumatlarını yazmaları tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, əlaqədar qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Müxtəlif vasitələrlə sizə göndərilən şübhəli keçidlər vasitəsilə bank və digər fərdi məlumatlarınızı daxil etməyin.

"Uşaqlı ailəyə 500 manat veriləcək" SMS-ləri ilə bağlı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər
Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ 
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO