Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91041
az

Maşınını yandıran qazi bu qədər sosial müavinət alırmış

18:3217 İyun, 2023
146
  • A

Rəsmi qurumlar Qaradağ rayon İcra Hakimiyyətinin qarşısında şəxsi maşınını yandıran Vətən müharibəsi qazisi Elnur Səmədova ayrılan sosial müdafiə tədbirləri ilə bağlı məlumat yayıblar.

OXU24.COM  "Qafqazinfo"ya istinadən bildirir ki, E.Səmədova 2021-ci ilin mart ayında müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I qrup) əlillik təyin edilib.

Bununla bağlı E.Səmədova aylıq təqaüd (500 manat), aylıq pensiya (746 manat), qulluğa görə ailə üzvlərinə aylıq təqaüd (100 manat) ödəməklə, ümumilikdə ona 1346 manat aylıq sosial ödəniş edilir.Həmçinin, ailəsinə son bir ildə ayda 479 manat olmaqla ünvanlı sosial yardım verilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 manat) ilə təmin edilib.

2021-ci ilin avqust ayında E.Səmədov avtomobillə, noyabr ayında isə ikiotaqlı evlə təmin olunub.

Ötən dövrdə E.Səmədov özünüməşğulluq proqramına da cəlb edilib və proqram çərçivəsində avtotəmizləmə xidməti üzrə kiçik biznesini yaratması üçün zəruri avadanlıqlarla təmin edilib.

Qeyd edək ki, YAŞAT Fondu tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması (evin təmiri) üçün 2021-ci ilin yanvar ayında 5000 manat maddi yardım edilib.2021-ci ilin iyulunda israilli həkim heyəti tərəfindən Bakıda müayinə və müalicəsi həyata keçirilib.2022-ci ilin yanvar ayında 1680 manat dəyərində, 2023-cü ilin aprel ayında 5716 manat dəyərində müalicə xərcləri qarşılanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var