Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90996
az

Evdə əlimizlə hazırladığımız zəhər: Necə qorunaq? – MÜTƏXƏSSİS AÇIQLADI

22:3516 İyun, 2023
113
CƏMİYYƏT
  • A
Hazırda bir çox evlərdə qış üçün kompot və turşular hazırlanır. Bəzən evdə hazırlanan turşulardan zəhərlənmə halları baş verir. 
 
Bəs, qışa tədarük edərkən nələrə diqqət etmək lazımdır? Hazırlanan məhsulun uzun müddət qalması və zərərsiz olması üçün nələr etməliyik?
OXU24.COM  xəbər verir ki, qida üzrə baş mütəxəssis Ağa Salamov məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, turşuya qoyulan qida məhsulları ilk növbədə yerli və orqanik məhsullar olmalıdır. 
 
Onun sözlərinə görə, bunun səbəbi isə hazırda ölkəyə idxal olunan meyvə və tərəvəzlərin hibrid olmasıdır:
 
"Bu hibridlərdə də o qədər kimyəvi maddələrdən istifadə olunur ki, insanlar arasında kimyəvi zəhərlənmə baş verə bilir. Eyni zamanda bu məhsullar partlamış və ya çürük olmamalıdır. Turşu və ya kompot hazırlayarkən saf və təmiz məhsullardan istifadə etməliyik. Digər bir məsələ isə turşuların emal prosesidir. Duza qoyulan turşular və suya qoyulan şorabalar yaxşı bir şəkildə təmizlənməli, dezinfeksiya olunmalıdır. Çünki torpaqda olan botulizm bakteriyaları həmin məhsullara təmas edir. Bununla da qida zəhərlənməsi ortaya çıxır. Ona görə də turşuya qoyulan məhsullar torpaqdan təmizlənməlidir. Həmin məhsullar ən az 10 dəqiqə sodalı suda saxlanılmalı və yaxşıca durulanmalıdır. Bir çox insanlar turşuları plastik qablarda qoyurlar. Lakin bu doğru deyil. Çünki həmin plastik qablardakı bakteriyalar birbaşa turşuya nüfuz edir. Bu da qida zəhərlənməsinə səbəb olur. Bu baxımdan qaynar suda dezinfeksiya olunmuş şüşə balonlardan istifadə etmək lazımdır". 
 
Ağa Salamov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, turşu qoyarkən içinə çiy su qoymaq olmaz:
 
"Mütləq şəkildə qaynar sudan istifadə etmək lazımdır. Çiy suyun qoyulması qida zəhərlənməsinə, turşunun qıcqırmasına səbəb ola bilər".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər