Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90802
az

Əksər avtobus dayanacaqlarında NİYƏ ödəmə terminalı yoxdur? - VİDEO

17:2213 İyun, 2023
119
CƏMİYYƏT
  • A

"BakıKart" var, pul da var, amma ödəmə terminalı yoxdur. Söhbət paytaxtın əksər avtobus dayanacaqlarından gedir.

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, "Xəbər Ertəsi" vatsap nömrəsinə gələn çoxsaylı şikayətlər əsasında məsələni araşdırıb.

Apardılan sorğu zamanı sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narazı olduqlarını bildirdilər. Onların sözlərinə görə, Xətai rayonu NZS qəsəbəsindəki avtobus dayanacaqlarının heç birində ödəmə terminalı yoxdur. Onlar ya nağd ödəniş qarşılığında kimdənsə kartla ödəmə xahiş etməli, ya da uzaq məsafə qət edib terminal axtarmalı olurlar.

Neftçilər metrostansiyası yaxınlığındakı dayanacaqlarda da ödəmə terminalları yığışdırılıb. Metroya yaxın olduğu üçün sərnişinlər "BakıKart"ın balansını məhz stansiyada artıra bilirlər. Bu da yaşlı insanlara çətinlik törədir.

"Sabunçu rayonu Bakıxanov qəsəbəsində də vəziyyət fərqli deyil."

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan "Xəbər Ertəsi"nə bildirildi ki, ödəmə terminallarının avtobus dayanacaqlarından yığışdırılması "BakıKart" və alternativ şirkətin veriyi qərardır. Hazırda sərnişinlər balansı artırmaq üçün daha çox imkanlara sahib olduqlarından bu hal məhdudlaşdırma kimi qiymətləndirilməməlidir.

Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda alternativ şirkətin paytaxtın bütün ərazisini əhatə edən 1400-ə yaxın ödəmə terminalı "BakıKart" ödənişini qəbul edir. Yəni sərnişinlər istənilən iaşə obyektində, mağaza və köşklərdə olan adi terminallar vasitəsilə də balansı artıra bilərlər.

Həmçinin, yaxın vaxtlarda sərnişinlərə müasir innovasiyalara uyğun əlavə ödəmə imkanları da təqdim olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü