Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90790
az

Qızıl hədiyyə edilən müəllimin müdafisəsinə qalxdı - FOTO

14:2513 İyun, 2023
138
CƏMİYYƏT
  • A
Aktyor- aparıcı Elcan Rəsulov son zamanlar gündəmdə olan Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müdafiəsinə qalxıb.  
OXU24.COM olay-a istinadən xəbər verir ki,o, instaqramda açıqlama yayaraq sözügedən təhsil işçisinin valideynlərə özü üçün qızıl aldırması ilə bağlı iddiaların böhtan olduğunu bildirib:
 
"Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən, çox önyarğılı olmuşuq. O qulağına sırğa taxılan müəllimənin videosunu gördüm. Bəlkə də, bu yaşınadək müəllimənin qulağına taxılan ilk qızıl sırğadır. Bəlkə də, elə dörd il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük olmayan müəllimənin bu vəziyyətini görüb, öz aralarında danışıblar ki, bir buket gül qiymətinə qızıl sırğa alıb qulağına taxsaq dünyanı vermiş olarıq. Bu qənaətə hardan gəlirəm? Sizə deyəcəm. Əslində mən bu cür sirr açmağı sevmirəm, bəlkə də, bu yazını görəndən sonra o özü də pis olacaq ki, kaş ki, Elcan bunu yazmazdı. Bayaq dostların söhbətində qulaq şahidi oldum ki, həmin müəllimə incəsənət sferasına yaxından tanış olan Faiq Ağamalıyevin anasıdır.
 
Yaxın dostluq münasibətim olmasa da, Faiqi 20 ilə yaxındır tanıyıram. Qış aylarında, yəni serial mövsümündə senarist işləyir, yay da gələn kimi başını götürüb bölgələrdəki istirahət mərkəzlərinə gedib animator işləyir, ailəsini dolandırır. O qədər abırlı uşaqdır ki, ailə tərbiyəsinin ən bariz nümunələrini özündə cəmləşdirib desəm, az olar. 
 
Bəlkə də o, evdə heç vaxt "rüşvət" sözünü eşitməyib. Bir də abırlı adam baxan kimi bilinir. Rüşvət girən ev də, o evdən çıxan uşaq da uzaqdan bilinir, belə şeyləri gizlətmək olmaz. Anası ən azından övladının altına rüşvət pulu ilə sınıq bir maşın alıb qoyardı. Amma ki, Xırdalana gedən bütün avtobuslar Faiqi yaxşı tanıyır. Həqiqətən çox pis oldum. Kaş ki, mən bu söhbətə qulaq şahidi olmazdım. Bu balaca sirləri də burada açmazdım. Bir anlıq da təsəvvür elədim, o cür abır -həya sahiblərinin belə şərə düşməsini. İnsanın ürəyi dayanar, hamıdan xəbərsiz... Bilmədən günahkar olarıq.
 
Bir də ki, vallah müəllimə mənim övladıma yaxşı təhsil versin, mən elə hədiyyənin ən yaxşısını ona alaram.
Həm də uşağı sinfə qoyanda verilən hədiyyə rüşvət sayılar, uşaq sinfi bitirəndə yox? Axıra qədər oxuyanlar üçün məhz bu şəkli niyə paylaşdığımı deyim: Əlimdəki gül dəstəsini, məktəbə gedəndə müəlliməm üçün almışdım".
Məqaləyə dair fotomateriallar:
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü