Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90770
az

Saxta qızıl almayasınız deyə sertifikat tələb edin... - VİDEO

20:2812 İyun, 2023
125
CƏMİYYƏT
  • A
Ticarət mərkəzlərində demək olarki, hər gün qızıl alveri gedir.
OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, külli miqdarda pul verib aldıqları qızılın kefiyyətinə əminlik məsələsi insanlarda sual yaratmaqdadır.
 
Apardığımız sorğu zamanı alıcılar sadəcə satıcıya inanıb aldıqlarını, qızılın kefiyyəti və əyyarı ilə maraqlandıqlarını bildirirlər.
 
Satıcılar isə qiymətli metalı alarkən onun tərkibində qızılın kefiyyətli olub-olmamasını xüsusi üsulla yoxlayıb aldıqlarını deyirlər. Satıcılara inansaq, bazarda saxta qızıl və yaxud da kefiyyətsizi çox azdır.
 
Qeyd edək ki, 2018-ci ilin sonuna qədər Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası ölkədə satılan zərgərlik məhsullarına nəzarət funksiyasına malik idi, lakin bu qurum ləğv olunduqdan sonra sözügedən sahədə vahid idarəetmə mexanizmi yoxdur.
 
Bunun əvəzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Xidməti yaradılıb.
 
Hüquqşünas Şamil Paşayev deyir ki, saxta qızılı və yaxud da əyyarda alıcını aldatmaq faktı olarsa bu cinayət əməlidir. 
 
O, məsləhət görür ki, vətəndaşlar qızıl alarkən kefiyyətinə əmin olmaq üçün satıcıdan onun sertifikatını tələb etməlidir.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi