Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90708
az

Yayın ən güclü MAQNİT QASIRĞASI gəlir...

13:0611 İyun, 2023
144
CƏMİYYƏT
  • A
Yayın ilk ayının ciddi maqnit qasırğaları başlayır. Oxu24.com xəzər TV-yə istinadən xəbər verir ki, bu qasırğalar geozərbələrin gücü ilə fərqlənəcək. Onlardan bir neçəsi çox hiss olunacaq. Maqnit qasırğalarının tərtib olunmuş təqviminə görə, zəif maqnit qasırğaları - 16-30 iyun, orta maqnit qasırğaları: 28- 29 iyun, güclü maqnit qasırğaları isə 18-20 iyun tarixlərinə təsədüf edəcək. Bəs maqnit qasırğaları insan sağlamlığına necə təsir edir? Terapevt Mətanət Cəfərova "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, bu cür dalğalanmalar ən çox meteohəssas insanlara, yaşlılara və müəyyən xroniki sağlamlıq problemləri, xüsusən də ürək-damar xəstəlikləri olanlara təsir edir. Bu dövrdə baş ağrısı, miqren, zəiflik hissi əzab verə, xəstəliklər ağırlaşa, təzyiq sıçrayışları ola bilər. Mətətanət Cəfərova qeyd edib ki, qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün qasırğadan əvvəlki günlərdə və qasırğa zamanı sağlam həyat tərzi vərdişlərinə əməl etmək məsləhətdir. Mütəxəssis qeyd edib ki, belə günlərdə stressdən, ağır yüklərdən uzaq olmaq lazımdır. "Fastfood", yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin. Mətanət Cəfərova qeyd edib ki, qəhvə, siqaret və spirtdən imtina edin. Otağı mütəmadi olaraq havalandırın və təmiz havada ən azı qısa bir gəzintiyə çıxmağa çalışın. Mümkünsə, günün eyni vaxtında yatın və kifayət qədər yuxu aldığınıza əmin olun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı