Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90702
az

Yuxu iflici nədir? - Cadu, yoxsa cin vurması?

00:5011 İyun, 2023
223
CƏMİYYƏT
  • A
Bu halı çox adam yaşayıb. Dəhşətli yuxu görürsən yuxuda olduğunu anlasan da, hərəkət edə və ya danışa bilmirsən. Yuxudaykən kiminsə səni vurduğunu düşünürsən, otaqda kiminsə varlığını hiss edirsən. Özünü ölmüş hiss etmək yuxu iflici hadisəsinin məşhur əlamətlərindən biridir. İnsan özünü ölü bədəndə qalmış şüur kimi hiss edir. Yaranmış panika nəticəsində isə heç cürə yuxudan ayıla bilmir. Bu adətən nəfəs almaqda çətinlik, ölüm hissi, həddindən artıq tərləmə, skelet əzələsinin müvəqqəti və ya qismən iflici ilə müşayiət olunur. Xalq arasında bu hala "cin vurması, kabus, cadulu olmaq" da deyilir. Lakin tibb elmi bu terminin adını yuxu iflici adlandırır. Oxu24.com bildirir ki, yuxu iflici ilk dəfə 14-17 yaş arası insanlarda, yəni, yeniyetməlik dövründə müşahidə olunur. Çox vaxt 30 yaşa qədər görünə bilər. Tədqiqatlar insanların 5 faizinin müntəzəm, 40 faizinin isə, tez-tez yuxu iflicindən əziyyət çəkdiyini müəyyən edib. Yenidən yuxuya getdiyiniz və ya tamamilə oyandığınız zaman yox olan yuxu iflici bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər. Bir çox insanlarda yuxu iflici o qədər sürətli baş verir ki, bunu yuxu kimi tez unudurlar. Bəzən isə kabus aylarla təkrarlana bili İnsan yatarkən beyin və skelet sistemi xüsusi rejimə keçir. Rast gəlinən yuxu iflici xəstəlik deyil. Ancaq bu hansısa xəstəlik səbəbindən və ya müxtəlif xəstəliklər nəticəsində baş verə bilər. Yuxu iflicinin ən təhlükəli tərəfi narahatlıq və panikaya səbəb olmasıdır. Bəzən yuxu iflici və buna bənzər vəziyyətlər nevroloji pozğunluqdan qaynaqlana bilər. Əgər tez-tez yuxu ifliciniz varsa, iflicin müddəti uzundursa və həyat keyfiyyətinizə təsir edəcək həddə çatıbsa, həkimə müraciət edin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Yük maşınının altında      qalıb      öldü