Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90675
az

Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olar? - Açıqlama

15:5610 İyun, 2023
140
CƏMİYYƏT
  • A
İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün - 28, 29 və 30 iyun tarixləri ərzində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər. Bəzən insanlar qurbanlıq üçün ayırdıqları pulu kiməsə yardım məqsədi ilə verib bunun da qurban sayıldığını hesab edir. Məsələ ilə bağlı Trend-ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Fuad Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil. O qeyd edib ki, şəriətdə buna icazə yoxdur. "Gərək qurbanlıq heyvan mütləq kəsilsin və əti bölünsün. Qurban ətinin əvəzinə pul və ya ərzaq alıb vermək olmaz. Niyə belədir? Çünki elə ailələr var ki, ət almaq imkanı azdır və onlar nəzərə alınmalıdır. Qurban əti birinci növbədə həmin ailələrə verilməlidir. Əgər pul şəklində verilsə, insanlar bu pulu başqa işlərə xərcləyə bilər. Ona görə də dinimiz deyir ki, qurban mütləq kəsilib paylanılmalıdır", - deyə o qeyd edib. F.Nurullayev vurğulayıb ki, qurbanı kəsən ailə onun hamısın özünə götürə bilməz. "Qurban kəsmək məcburi deyil, müstəhəbdir. Yəni imkanı olan ailə başçısı qurbanı kəsməlidir. Həcc ziyasətində olanlar üçün qurban kəsmək vacibdir, ancaq Həccdə olmayanlar üçün vacib olmasa da təkid olunur, yəni savab bir işdir, dinimiz tələb edir ki, imkanın varsa qurban kəs. İmkanı olan ailə başçısı qurban kəsməli və onun yalnız üçdə birini öz ailəsinə sərf edə bilər. Qurban mütləq üç hissəyə bölünməlidir, onun iki hissəsi mütləq imkansız ailələrə paylanmalıdır. Misal üçün qurbanlıq ət 15 kiloqramdırsa onun 10 kilosunu mütləq paylamalıdır. Qurbanlığı bölən zaman bir hala da fikir vermək lazımdır. Misal üçün qurbanlıq ətin yumşaq yerin özünə götürüb, sümüklü yerlərini paylamaz olmaz. Qurbanlığın bütün hissələri və bütün əzaları üç hissəyə bölünməlidir", - deyə o əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı