Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90395
az

Rayonlara leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

22:2306 İyun, 2023
155
CƏMİYYƏT
  • A
Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Ceyrançöl, Qəbələ, Qax, Şamaxı, Qobustan, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Xidmətdən Oxu24.Coma-a verilən məlumata görə, İsmayıllı rayonunun yüksək dağlıq kəndlərinə (Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya və s.) yağan leysan yağış nəticəsində saat 19:45 radələrində Girdiman çayda sel müşahidə edilib. Gədəbəy rayonu ərazisinə saat 18:25 radələrində diametri 8 mm olan dolu düşüb. Şimal-qərb küləyi arabir Naftalan, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-24, Naxçıvanda 23-30, dağlıq rayonlarda 15-18, Aran rayonlarında 26-30 dərəcə isti olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı