Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90376
az

Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, leysan yağıb

19:2406 İyun, 2023
123
CƏMİYYƏT
  • A

Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, leysan yağıb.

Bu barədə Oxu24.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gəncə, Gədəbəy, Göygöl, Altıağac, Qəbələ, Şamaxı, Qobustan, Xınalıq, Oğuz, İsmayıllı, Xaltan, Balakən, Qrız, Quba, Qusarda və Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-27, Naxçıvanda 29-32, dağlıq rayonlarda 13-19, Aran rayonlarında 30-32 dərəcə isti olub.

Respublikanın əksər çaylarında sabit axım müşahidə edilib. Lakin Kür-Qıraqkəsəmən məntəqəsində 3 sm, Bərgüşadçay-Əliquluşağında 4 sm, Gəncəçay-Zurnabadda isə 9 sm artım qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı