Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90368
az

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq

17:4706 İyun, 2023
287
CƏMİYYƏT
  • A

"Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu yeniləyib.

Oxu24.com  beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9,25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin yanvar proqnozu ilə müqayisədə 1% bəndi çoxdur.

"2023-cü ilin fevralın ayında Azərbaycanda inflyasiya illik 13,9% təşkil edib ki, bu da 2015-ci ildəki manatın devalvasiyasından sonra qeydə alınan ən yüksək göstəricidir. Bu inflyasiya fonunda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sərtləşdirməyə davam etdiyi üçün biz də kredit şərtlərinin sərt qalacağını gözləyirik. Biz ilin sonuna qədər uçot dərəcəsinin 9.25%-ə qədər artırılacağını gözləyirik. Biz inflyasiyanın 2023-cü ildə orta hesabla 11.5% və 2024-cü ildə 7.5% olacağını gözləyirik. Önümüzdəki aylarda qiymət təzyiqləri tədricən azalacaq, lakin pandemiyadan əvvəlki 2,5-3,0% səviyyəsindən yüksək olaraq qalacaq" - “Fitch Solutions” əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mahsun Kırmızıgül Azərbaycanda kiminlə işbirliyi edəcək?
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı