Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90266
az

Sabiq attaşe məhkəmə zalında həbs olunub

16:5905 İyun, 2023
70
CƏMİYYƏT
  • A

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Oxu24.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.


Hökmə əsasən, Nəcib Osmanov 6 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunub.

İş üzrə dəymiş ziyanın 77 min dolları ödənilib. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Nəcib Osmanov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahibə Qafarova Sinqapurda səfərdədir
Qusarda qanunsuzluq - Cinayət işi başlandı
Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı