Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90143
az

Ali Məhkəmə hüquqşünaslara müraciət edib

18:5803 İyun, 2023
114
CƏMİYYƏT
  • A

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət edib.

Oxu24.com-un məlumatına görə, Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi (əlavə 1) təsdiq edilib.

Elmi-məsləhət şurasının əsas fəaliyyəti Ali Məhkəmənin Plenumuna məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasına köməklik göstərməkdən ibarətdir.

Elmi-məsləhət şurasının ilk iclasının cari ilin 23 iyun tarixində keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” (əlavə 2) mövzusu üzrə müzakirələr təşkil olunacaq.

Müzakirə ediləcək mövzuların əhəmiyyətini nəzərə alaraq, Ali Məhkəmə qeyd olunan mövzular üzrə hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 9 iyun tarixədək bu elektron ünvana [email protected] müraciət etmələri (CV əlavə olunmaqla) xahiş olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınının nömrəsini dəyişən sürücü həbs edildi
Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ
Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi