Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90015
az

SON DƏQİQƏ! Azərbaycanda köhnə avtomobillərlə bağlı qərar verildi

11:1301 İyun, 2023
842
CƏMİYYƏT
  • A

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası müəyyənləşir.

Oxu24.com-un xəbərinə görə, bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-7-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi) əksini tapıb.

Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:

- nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;

"Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:

- Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;

- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Azərbaycanda avtomobillərin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz olacaq.

Bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-1-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ümumi müddəalar) əksini tapıb.

Yeni maddəyə əsasən utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçiriləcək.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

 

Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı
Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ
Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı