Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89940
az

Rusiyanın Zəngəzurda konsulluq açacağı deyilir

19:5628 May, 2023
156
CƏMİYYƏT
  • A
Rusiya Ermənistanın Sünik vilayətində (tarixi Zəngəzur ərazisi – red.) konsulluq açacaq”. Bu barədə Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat verib. “Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi Rusiya tərəfinin Sünikdə konsulluğun açılmasına razılıq verib”, - o deyib. Rusiyalı diplomatın sözlərinə görə, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurlarından keçmək deyil, sadələşdirilmiş yolla getmək qərara alınıb. Paltovun sözlərinə görə, Sünik bölgəsinə “yerində işləmək üçün adamların” göndərilməsi barədə qərar qəbul edilib: “elə ki, onlar artıq orada işləməyə başlasınlar və təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə versinlər. Ümid edirəm ki, iyunda səfərimiz məhsuldar olacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü