Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89842
az

Azərbaycanda son sutkada 9 nəfər koronavirusa yoluxub

19:3925 May, 2023
144
CƏMİYYƏT
  • A

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, son sutkada infeksiyaya 9 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 11 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 789 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 431 nəfər müalicə olunaraq sağalıb, hazırda 85 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1148, bu günə qədər isə ümumilikdə 7 616 076 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 200 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 964 544 olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF
Mahsun Kırmızıgül Azərbaycanda kiminlə işbirliyi edəcək?
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı