Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89822
az

Baş Prokurorluğun böyük prokurorunun qulluq keçməsinə xitam verilib

16:0625 May, 2023
118
CƏMİYYƏT
  • A

Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fərrux Babayevin qulluq keçməsinə xitam verilib.

Bu barədə Oxu24.com-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunun veteranlarının yubileyləri ilə əlaqədar tədbir keçirilib.

Yubilyar veteranlar - İsmayıl Kazımov 75 və Sultan Əliyev isə 85 yaşının tamam olması münasibətilə Baş prokurorun imzaladığı əmrlə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycanın yubiley medalı ilə təltif edilib.

Tədbirdə iştirak edən İsmayıl Kazımova Baş prokuror tərəfindən yubiley medal və hədiyyə təqdim olunub.

İsmayıl Kazımov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.

Bundan başqa, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fərrux Babayev qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilərək fəxri fərmanla təltif olunub.

Görüşlərdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə-Azərbaycan Universitetinin binası ilə bağlı AÇIQLAMA
Sumqayıtda təlim maşını yandı
17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 106 nəfər saxlanıldı