Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89750
az

Azərbaycan İranın quş ayağı emalı müəssisəsinin məhsullarının idxalına qadağa qoyub

16:3224 May, 2023
132
CƏMİYYƏT
  • A
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qiymətləndirmə apardığı İranda fəaliyyət göstərən müəssisənin təsdiqinə imtina verib. Bu barədə Oxu24.com-a AQTA-dan məlumat verilib. Bildirilib ki, mayın 15-də İranın Bəndər Türkmən şəhərində yerləşən “Kianian Shamal” quş ayağının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi həyata keçirilib. Vizual baxış zamanı müəssisədə qida obyektlərinə dair gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün “Kianian Shamal” müəssisəsinə təsdiqdən imtina verilib. Həmçinin sözügedən müəssisədə istehsal olunan məhsulların ölkəmizə idxalının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir. AQTA bir daha bəyan edir ki, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq oluna bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda boşanmaların əsas səbəbləri AÇIQLANDI
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başladı
Gəncədə motosiklet divara çırpıldı - sürücü xəsarət aldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı