Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89746
az

Bakı metrosu ötən il 52 milyon manat subsidiya alıb

12:1824 May, 2023
168
CƏMİYYƏT
  • A

2022-ci ildə nəqliyyat və rabitə xərclərindən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 51,9 milyon manat ayrılıb.

Oxu24.com xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.

Sənədə əsasən, Naxçıvan MR-ə edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon manat, nizamnamə kapitalının artırılması üçün Kosmik Agentliyə ("Azərkosmos") 23 milyon manat, Universal Poçt xidmətlərinin göstərilməsi ilə əlaqədar milli poçt operatoruna dəyən zərərin ödənilməsinə 113,7 min manat maliyyə yardımı (subsidiya) ayrılıb.

Bundan başqa, hesabat ilində dövlət orqanları üçün lisenziyalı kompüter proqramlarının alınması, “Hökumət buludu”nun (G-cloud) yaradılması və bu sistemə qoşulmuş qurumlar üzrə müvafiq xidmət xərclərinin örtülməsi və digər zəruri xərclərin maliyyələşdirilməsi üçün 19 milyon manat məbləğində vəsait ayrılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı