Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89744
az

Xəzər dənizinin sahillərinin tullantılardan təmizlənməsinə başlanılıb

11:5724 May, 2023
157
CƏMİYYƏT
  • A

"Xəzər dənizinin sahillərini tullantılardan təmizləmək, hamılıqla bu aksiyalara qoşulmaq kimi çağırışlar hər il həyata keçirilir və bu cür aksiyalar da artıq ənənəyə çevrilib. Bu il də dəniz sahillərində, çay kənarlarında, yaşayış massivlərinin ətrafında, bir sözlə, Xəzər dənizini məişət tullantıları ilə çirkləndirən bütün mənbələrdə təmizlik işləri mövsüm boyunca hər həftənin şənbə günləri davam etdiriləcək."

Bunu "Report"a açıqlamasında ETSN-in Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O deyib ki, amma belə aksiyalara hələ də ehtiyac olması, eyni ərazilərin yenidən təmizlənməsi, açığı təəssüf doğurur:

Şöbə müdiri söyləyib ki, sahillərdə qida tullantılarından tutmuş rezin, şüşə və plastiklərə qədər müxtəlif tullantılara rast gəlinir: "Təbiət qoynuna, dəniz kənarına istirahətə gələn vətəndaşlar özlərinin, ailələrinin, dostları və yaxınlarının bu ərazilərə bir daha gələcəyini düşünmürlərmi?

Təbiət ərazilərində, dəniz kənarlarında tullantıların yaratdığı təəssüfləndirici mənzərələrin səbəbkarı əfsus ki, özümüzük, insanlarımızdır.

Odur ki, hər kəsə üzümüzü tutub, bir daha səslənirik: istirahət edərkən daha diqqətli olun, tullantıları sahillərdə atıb getməyin. Zövq aldığınız, sevə-sevə istirahət etdiyiniz məkanların təbii gözəlliyini tullantılarla məhv etməyin!

Bu, bir çağırışdır və ətraf mühitin qeydinə qalmağı, təbiət gözəlliklərinə hamılıqla sahib çıxmağı təşviq etməkdir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər