Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89495
az

Saçınızı 1 ay Kaktus Suyu ilə yusanız, nə olar? - Kəpək gedir, saç uzanır və...

13:3420 May, 2023
126
CƏMİYYƏT
  • A

Kaktuslar səhra bitkisi sayılır. Artıq elmə məlumdur ki, onlara səhrada yaşamaq imkanı verən özlərində bol miqdarda su saxlamaq qabiliyyətləridir.  Kaktus suyu  qədimdən bəri, yerli əhali tərəfindən  tibbi və kosmetoloji məqsədlərlə istifadə edilib. Kaktus suyundakı elektrolit  səviyyəsi normal su ilə müqayisədə çox yüksəkdir. Bu da o deməkdir ki, kaktus suyu insan dərisini ultrabənövşəyi şüalardan qoruyur. Eyni zamanda, kaktus suyu antibakterial xüsusiyyəti sayəsində dərinin regenerasiyasını təmin edir, sızanaq və səpkilərin  əmələ gəlməsinin qarşısını alır. Əgər varsa, onları qısa zamanda yox edir. 
 İnsanlıq qədim ənənələrin dəyərini anladıqca, kaktus da gözəllik dünyasında özünə taxt qurmağa başladı. Son zamanlarda mağazalarda  kaktuslu şampunlara, yəqin ki, rast gəlmisiniz. Kaktusun tərkibindəki yağ turşuları iltihab əleyhdarıdır.   Araşdırmalar zamanı məlum olub ki, kaktusdakı yağ turşuları baş dərisindəki istənilən iltihablanmanın qarşısını alır. İltihabdan yaxa qurtarmış baş dərisində isə kəpək əmələ gəlmir. 
 Kaktuslu şampunla yuyulan saçlar daha parlaq və daha zərif olur. Həmçinin, kaktus saçları təmizləyərkən, saçlara zərər vermir, əksinə, saçın strukturundakı bütövlüyü qoruyur. Tərkibindəki vitaminlərlə hüceyrələrin yenilənməsinə öz töhfəsini verən kaktuslu şampun fol turşusu ilə də zəngindir. Fol turşusunun saç tökülməsinin qarşısını aldığı da elmi araşdırmalar nəticəsində aşkarlanıb.  
Kaktuslu şampun kaktus yağı baxımından da zəngindir. Kaktus yağı saçqıran dediyimiz halın baş verməsinin qarşısını almaqda mahirdir. Eyni zamanda, kaktus yağı saçların uzanmasına da müsbət təsir göstərir.  Dəfələrlə boyanmış, öz original materialını itirmiş saçların xilaskarı da kaktus yağlarıdır. 
 Bir sözlə, kaktuslu şampunun saçlarınıza verəcəyi faydaları nəzərə alsaq, onun saça qulluq prosedurlarının bir hissəsi olmasının labüdlüyünü anlayarıq. “Dabur cosmetics”in təqdim etdiyi “Vatika” kaktuslu şampun baş dərinizi təmizləməklə qalmır, hər yumada saç köklərini qidalandırır, saçlarınızın təbii struktununun keşiyində dayanır, kəpəklərə qarşı mübarizə aparır. 
 Sağlam baş dərisi, parlaq, həcmli saçlar üçün  “Vatika” şampun çeşidlərinə və saç maskalarına üz tutsanız, xəyal qırıqlığına uğramayacaqsınız.

Sizə təklif olunan çeşidlər içərisində  qara zirəli, ballı-yumurtalı, ballı-badamlı, kokoslu, sarımsaqlı, arqan yağlı şampunlar, saç maskaları, saç yağları və kondisionerlər də var.  Amla əsaslı şampunlar və saç yağları isə müasir dövrdə saç baxım seriyasında ən məşhur məhsullardandır. Amla əsaslı yağla baş dərisi masaj olunduqda, saçların sürətlə uzanmasını və sağlam qalmasını təmin edir, saçqıranların əmələ gəlməsinə mane olur,  codlaşmış və zədəli saçları bərpa edir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi