Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89379
az

Hərbi Prokurorluq Vətən müharibəsi iştirakçıları ilə birlikdə tədbir keçirib

17:1618 May, 2023
420
CƏMİYYƏT
  • A

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 18-də Azərbaycanın Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Oxu24.com  xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin və qəhrəman Vətən övladlarının parlaq xatirələrinə dərin ehtiram ifadə olunub.

Tədbirdən əvvəl mərasim iştirakçıları dünya şöhrətli siyasətçinin və bütün şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Mərasimdə çıxış edən Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Sumqayıt hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışdılar.

Çıxışlarda həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı