Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

XƏBƏR LENTİ

29 Aprel 2024
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
28 Aprel 2024
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı
Bahar taksi sürücülərinə səsləndi:
BÜTÜN XƏBƏRLƏR
89140
az

Vətən müharibəsi şəhidi Rövşən Təhməzovun doğum günüdür

14:0015 May, 2023
178
CƏMİYYƏT
  • A

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Rövşən Təhməzovdur.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rövşən Təhməzov 1997-ci ilin dekabr ayının 19-da Sumqayıt şəhərində anadan olub. Uşaqlığı Birinci Qarabağ Müharibəsinin qanlı-qadalı illərinə düşən əsgərimiz həmişə ürəyinin dərinliyində Qarabağ yanğısını gəzdirib. O, Şuşanın, Ağdamın, Xocalının işğalı ilə heç zaman barışmayıb. Həmişə Qarabağın, bu yerlərin həsrəti ilə yaşayıb. Elə bu həsrət, bu sevgi onu Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatımağa vadar edib. Qəhrəman döyüşçü Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşdə fəal iştirak edib. Şücaəti və igidliyi ilə həmişə qəlblərdə yaşayacaq Rövşən oktyabrın 5-də Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Bir ailə təsəvvür edin: ata da, oğul da, qardaş da, hətta əmi də döyüşçüdür. Bir sözlə, təsəvvürünüzdə qəhrəmanlar ailəsini canlandıra bilərsiniz.

Oxu24.com  xəbər verir ki, söhbət Vətən müharibəsi şəhidi Rövşən Təhməzovun ailəsindən və onların qəhrəmanlığından gedir.

R.Təhməzov Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov şəhid olandan sonra könüllü olaraq ordu sıralarına yazılıb. O, daha sonra 2020-ci ilin sentyabrın 27-dən başladılan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Şəhidin atası Zahid Təhməzov deyir ki, özü birinci Qarabağ müharibəsi döyüşlərində iştirak edib və Laçın, Ağdərə istiqamətində yaralanıb. Qardaşı Rövşən Təhməzov da həmin döyüşlərin iştirakçısı olub. O isə keçmiş Ağdərədə gedən şiddətli döyüşlərin birində şəhid olub.

Veteran döyüşçü övladlarını kiçik yaşlarından vətənpərvər ruhda böyütdüyünü qeyd edib: "Həmişə uşaqlarıma deyirdim ki, torpaqlarımız işğal olunub, yurd-yuvalarımız əlimizdən alınıb. Onları bir gün mütləq düşməndən azad etmək lazımdır. Bir gün oğlum Rövşən mənə zəng edib dedi ki, ata, yarımçıq qalan işlərinizi tamamlayırıq və yurdumuzu azad edirik. Bu sözlər məni çox qürurlandırdı və fəxr elədim".

 

Qeyd edək ki, Rövşənin qardaşı Elşən Təhməzov da Vətən uğrunda gedən döyüşlərin iştirakçısıdır. Beləliklə, Zahid kişinin iki oğlu böyüyürək haqq savaşımızda iştirak ediblər. Vətən müharibəsində şücaət göstərərək tarixi Zəfərin əldə edilməsində pay sahibi olublar.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Rövşən Zahid oğlu Təhməzov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var