Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89053
az

İspanağın tükənməyən  faydaları

17:5714 May, 2023
108
  • A

İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.

OXU24.COM xəbər verir ki, onun tərkibində A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar. 

İspanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:

- orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır

- orqanizmdən ziyanlı maddələri xaric edir

- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir

- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır

- bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır

- mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir

- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır

- sinir sistemi üçün faydalıdır

- damarları genişləndirir, arterial təzyiqi tənzimləməyə yardım edir

- göz sağlamlığını qoruyur.

Gözəlliyi ilə bütün dünyada məşhur olan fransız qadınları ispanağı formada qalmaq və dərini daha gözəl etmək üçün daim istifadə edir. Sizə ispanaq maskasının reseptini təqdim edirik: ispanaq yarpaqları yaxşı yuyulur, blenderdə əzilir, üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və nəmləndirici krem çəkin.

İspanağın əsas mənfi cəhəti tərkibində çoxlu turşəng turşusunun olmasıdır. Bu səbəbdən ispanağı podaqra və böyrək xəstəlikləri zamanı istehlak etmək olmaz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR