Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88962
az

Azərbaycanda tələbə universitetin yuxarı mərtəbəsindən yıxıldı - VİDEO

18:5813 May, 2023
107
CƏMİYYƏT
  • A

Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbənin məhəccərdə akrobatika hərəkətləri göstərərkən yıxılmasını əks etdirən videogörüntü narahatlığa və müzakirələrə səbəb olub. Çoxları tələbənin hadisə zamanı həyatını itirdiyini düşünüblər.

ADPU-dan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin "qəhrəman"ı sağ-salamatdır:

"Hadisə beş ay əvvəl olub. Tələbə yuxarı mərtəbələrdə, sadəcə, video çəkmək üçün fənd işlətmək istəyib, lakin belə bir hadisə baş verib. Xoşbəxtlikdən, yalnız bir mərtəbə aşağıdakı hissəyə düşüb. Yaralanma və zədələnmə baş verməyib. Hadisə dərs zamanı olmayıb".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hadisə ilə bağlı hər hansı bir çağırış daxil olmayıb.

Xatırladaq ki, ADPU-da tələbənin səhlənkarlıq edərək həyatını riskə atması ilə bağlı görüntülər dünən yayılıb. Gənc məhəccərdən tutaraq riskli hərəkətlər edərkən tarazlığını itirib və yıxılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR