Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88961
az

Toyda bəyin dostlarından qəribə hərəkət - Gəlin şoka düşdü - VİDEO - FOTO

18:4813 May, 2023
98
CƏMİYYƏT
  • A

Türkiyənin Bursa şəhərində toyda bəyin dostlarının zarafatı hər kəsi şoka salıb.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, hadisə ənənəvi qızıl bağışlama mərasimində baş verib.

Belə ki, Barış Uslu və Tuğçe Uslu qonaqlardan qızıl hədiyyələr qəbul edərkən şən mahnı qəfil hüznlü musiqi ilə əvəzlənib. Daha sonra bəyin dostları üzərində "Ağrılı itkimiz" yazısı olan əklil və bəyin şəkli olan çərçivə ilə zala daxil olublar. İmam kimi cübbə geyinmiş sağdış və qara paltarda, gün eynəyində olan dostları bir-birinin ardınca düzülüb, qonaqların çaşqın baxışları arasında cütlüyə tərəf yollanıblar.

İmam kimi geyinən gənc əlinə mikrofonu alaraq bəyin dostlarına üç dəfə "Barış Uslu subay olanda onu necə bir insan kimi tanıyırdınız?" sualını verir. "Yaxşı insan kimi" cavabını alandan sonra isə "imam" bu dəfə üç dəfə "qızıllarınızı halal edirsinizmi?" deyə soruşur. Halallıq cavabını verən dostlar daha sonra cütlüyə xoşbəxtlik arzulayır və xatirə şəkli çəkdirirlər.

Bəyin özü dostlarının zarafat edəcəyini təxmin etdiyini, ancaq dəfn kimi bir hadisə ilə qarşılaşacağını ağlına gətirmədiyini deyib:

"Bizim üçün həqiqətən sürpriz və unudulmaz bir an oldu. Onlara təşəkkür edirəm", - deyə o hisslərini bölüşüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər