Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88930
az

Kameraların qoyulması üçün əhalidən pul yığılır? - Rəsmi açıqlama

12:2913 May, 2023
108
CƏMİYYƏT
  • A

Sosial şəbəkələrdə polis əməkdaşlarının vətəndaşlardan yaşadıqları ərazilərə kameraların quraşdırılması məqsədilə pul toplaması ilə bağlı məlumatlar yayılıb. İddia edilib ki, polislər tərəfindən vətəndaşların şəxsi vəsaiti hesabına yaşayış binlarında müşahidə kameraları quraşdırılır. 

Oxu24.com xəbər verir ki, məsələyə DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev aydınlıq gətirib.

O bildirib ki, ictimai yerlərdə – əhalinin sıx və hərəkətin intensiv olduğu küçə və prospektlərdə, parklarda, xiyabanlarda, keçidlərdə müşahidə kameraları dövlət tərəfindən quraşdırılıb: “Vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarında isə DİN tərəfindən videomüşahidə kameraları quraşdırılmır. Bu işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər və mənzil sahibləri tərəfindən özlərinin şəxsi vəsaitləri hesabına həyata keçirilir. Bəzi sosial şəbəkə səhifələrində çoxmənzilli yaşayış binalarında müşahidə kameraların quraşdırılmasından bəzi şəxslərin narahatlığı ilə bağlı qəsdən məlumatlar yayırlar.

Bununla əlaqədar bildirirəm ki, minlərlə vətəndaş DİN-ə müraciət edərək bu cür kameraların onlara məxsus obyektlərdə, yaşadıqları binların girişlərində qoyulmasına köməklik göstərmələrini xahiş edir. Vətəndaşlarımız yaxşı bilirlər ki, müşahidə kameraları olarsa onlara məxsus obyektlərin  etibarlı mühafizəsi təmin olunacaq, yaşayış binalarının girişlərində antisanitar vəziyyət və arzuolunmaz insanların ora toplaşmalarına qarşı mübarizə daha effektli olacaq. Vətəndaşlarımızın bu təşəbbüsü polis əməkdaşları tərəfindən yalnız təşviq edilir. Kameraların alınması və quraşdırılması isə obyekt və mənzil sahibləri tərəfindən təşkil olunur”.
Ətraflı

Həmçinin oxuyun: С сегодняшнего дня в стране похолодает - будет дождливо
Elşad Hacıyevin sözlərinə görə, vətəndaşlar tərəfindən 200 mindən çox fərdi videomüşahidə vasitələri quraşdırılıb: “Həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə daxil edilmir. Lakin obyektlərdə və yaşayış binlarının girişlərində olan kameraların görüntülərindən cinayətlərin qarşısının alınmasında və açılmasında istifadə olunur.

Bir daha diqqətə çatdırırıq ki, obyektlərdə, yaşayış binlarında fərdi müşahidə kameralarının polis əməkdaşları tərəfindən quraşdırılması ilə bağlı iddialar tam əsassızdır, həqiqəti əks etdirmir”.

Şöbə müdiri düşünür ki, vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarının girişində kameraların quraşdırılmasından daha çox öz həyat tərzlərinin, qanunsuz əməllərinin ifşa olunmasından ehtiyat edən şəxslər narahat olurlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü