Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88921
az

Bağırsaq Qurdlarını Tökür - Təbii Yolla Müalicəsi Budur

11:2313 May, 2023
269
CƏMİYYƏT
  • A

Orqanizmi parazitlərdən təmizləmək 
 

Bu gün sizə orqanizmi parazitlərdən təmizləmək qabiliyyəti olan qidalardan danışacağam. Həmçinin,  parazitlərin mövcudluğundan qaynaqlanan simptomlar,  parazitlərin sevdiyi qidalar barədə də məlumat alacaqsınız. 

Təəccüblənə bilərsiniz, amma həqiqətən də, helmintlərin orqanizmə hücumunu bildirən əlamətlər var. Kimisə baş ağrıları narahat edir,  digəri tez-tez virus infeksiyalarına yoluxur,  bir başqasının dərisində problemlər yaranır.  Helmintlərlə mübarizə ilk baxışdan göründüyü kimi, elə də, asan deyil.  Buna görə də, tövsiyə edilir ki, mütəmadi olaraq, parazit əleyhinə  çıxış edən qidalar qəbul edəsiniz. 

Parazitlər nədir və onlar harda məskən salır? 
Helmintlər haqqında danışarkən, “qurd” ifadəsi daha tez-tez işlədilir. Bu bağırsaq parazitlərinin növləri də, görünüşləri də olduqca fərqlidir. Onlar hiss edilmədən insan orqanizmində uzun müddət yaşaya bilir. Orqanizmə daxil olan faydalı maddələrlə qidalanırlar, əvəzində, toksin ifraz edirlər. ÜST-ün açıqlamasına görə, Yer kürəsində 3 mlrd insan helmintlərdən əziyyət çəkir.  Bu arada, onların  geniş yayılma arealları İnkişaf Etmiş Ölkələrdir. 
Helmintlər təkcə bağırsaqda deyil, əzələ toxumalarında, ağciyərlərdə, qanda, hətta baş beyində də məskən sala bilirlər. Ən qorxulusu odur ki, onlar uzun müddət gizli şəkildə yaşayırlar.  İlk simptom o zaman meydana çıxır ki, helmintlərin sayı hədsiz dərəcədə artmış olur. 

Qurd infestasiyasının simptomları.
1. İştahın olmaması; 
2. Qarında ağrılar və yanmalar; 
3. Anal nahiyədə qaşınma; 
4. Arıqlamaq; 
5. Soyuqdəymə ilə əlaqəli olmayan quru öskürək; 
6. Hemoqlobin səviyyəsinin aşağı düşməsi; 
7. Əzələlərdə ağrılar; 
8. Yuxu rejiminin pozulması; 
9. Halsızlıq, zəiflik, iş qabiliyyətinin azalması; 

Yoluxma daha çox ağız yoluyla baş verir.  Yəni, parazitin yumurtaları ağız  vasitəsilə orqanizmə daxil olur. Yuyulmamış əllər, yuyulmamış  meyvə-tərəvəz və göyərtilər, lazımi termik emala məruz qalmayan ətlər, balıqlar yoluxma mənbəyi ola bilir. Parazitə yoluxma riski uşaqlar və böyüklər üçün eynidir. Amma uşaqlar arasında daha tez-tez rast gəlinir. Helmintoz olduqca geniş yayılıb.  Hər bir insan, heç olmasa, ömründə 1 dəfə onunla rastlaşır.  Helmintoz varsa, parazit əleyhinə çıxış edən qidaların qəbulu məsləhətdir. 
1. Sarımsaq. Qədim zamanlardan xalq təbabətində bu tərəvəzdən istifadə edilməyə başlanıb. Sarımsaq virus infeksiyalarına və  bağırsaq parazitlərinə qarşı müalicəvi təsir göstərir.  Tərkibindəki allisin (allicin) sayəsində  parazitlərin məhvinə nail olur. Sarımsağı bir neçə variantda qəbul etmək olar. A) qida kimi qəbul etmək; B)  ondan məhlul hazırlamaq; C) onunla inqalyasiya eləmək; D) sarımsaq şirəsi ilə imalə etmək; Ən yaxşı üsul sarımsağı təzə-təzə yemək, yaxud şirəsini içməkdir.   Tövsiyə edilir ki, gündə 3 dəfə, yeməkdən 30 dəq əvvəl sarımsağı, yaxud şirəsini qəbul edəsiniz. 
2. Nar qabığı. Meyvə mineral və vitaminlərlə zəngindir. Qabığı isə parazitlərin məhv edilməsində effektivdir. Amma burada ehtiyatı əldən vermək olmaz. Həddən artıq istifadə edilən nar qabığı zəhərlənməyə gətirib çıxara bilər. Müalicəvi məhlulu hazırlamaq üçün 50 qr nar qabığını üyüdün, 2 st soyuq suya əlavə edin. Tozların dibə çökməyini gözləyin.  5 saatdan sonra qaynamağa qoyun.  Suyun  yarısı qalanadək qaynadın.  Yenidən məhlulun soyumasını və tozların dibə çökməyini gözləyin.  Yeməkdən 1 saat əvvəl xırda udumlarla için.  Məhlulun qəbulundan 2 saat sonra imalə edin ki, ölmüş qurdlar orqanizmdən xaric olsun. 
3. Zəncəfil. Bitki həzm sisteminin işini yaxşılaşdırır, helmintozun müalicəsinə kömək edir.  Elmi cəhətdən sübut olunub ki, zəncəfilin qəbulundan sonra  qurdların 90%-i ölür.  Arzuolunan nəticəni əldə etmək üçün zəncəfil çayı dəmləyib içə bilərsiniz, yaxud zəncəfili təzə-təzə dilimləyərək, yeyə bilərsiniz. 
4. Soğan. Mütəmadi olaraq, soğan yeyən insanlar soğan yeməyənlərə nisbətən, daha nadir hallarda helmintozla rastlaşır. Tərkibindəki allisin (allicin) sayəsində  soğan parazitlərin məhvinə nail olur. Tərəvəzi çiy-çiy yeməklə yanaşı, ondan məhlul hazırlamaq da mümkündür. Soğanı xırda doğrayın, 1 stəkan qaynar suya əlavə edin. 1 gün ərzində dəmlənməyini gözləyin. Sutkada 100 qr  olmaqla, 4 gün ərzində bu məhluldan qəbul edin.  Soğan qabığını 3:1 nisbətində qaynar suuya qatın. 5 saat dəmlənməyini gözləyin, süzün və  gün ərzində yeməkdən əvvəl 2 dəfə, hər dəfə 100 qr olmaqla için. 
5. Adi qıtıqotu.  Bu bitki də allisin (allicin) ilə zəngindir. Maddənin parazitləri məhv etdiyini artıq 2 dəfə vurğulamışam.  Adi qıtıqotunun kökünü çiy-çiy yeməklə yanaşı, ondan yemək də hazırlamaq olar.  Adi qıtıqotu kökü ilə sarımsağın  qarışımı ən effektiv vasitədir.  Hər iki məhsuldan bərabər miqdarda götürün, qarışdırın, səhər acqarına 1 xörək qaşığı yeyin. Yalnız mədə-bağırsaq traktatında problemləri olan insanlarda əks təsir göstərir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
Qanunsuz balıq ovu edənlər saxlanıldı
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA