Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88878
az

Məktəblərin rus bölməsinə kvota gəlir? - AKTUAL

20:0812 May, 2023
139
CƏMİYYƏT
  • A


“2023-cü il iyunun 20-də tədrisi digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayacaq”.

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov canlı yayımda bildirib.

Onun sözlərinə görə, məktəb seçimi sentyabrın 14-nə kimi davam edəcək:

“Əgər uşaq müsahibədən keçibsə, bu, o demək deyil ki, istənilən məktəbdə yer tapa bilərlər. Çünki burada sıxlıq və digər prioritet məsələlər var. Əsas prioritet odur ki, digər övladı həmin məktəbdə təhsil alırsa, ərazidə yaşayırsa və ya valideynlərdən biri həmin məktəbdə işləyirsə, uşağı orada təhsil ala bilər”.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev bildirmişdi ki, Azərbaycan təhsildə rus dilini saxlayacaq:

“Azərbaycanda rus dilində tədris aparılan 329 məktəb var və 160 min şagird bu məktəblərdə təhsil alır. Universitetlərin rus bölmələrində isə 16 min tələbə təhsil alır”.

Qeyd edək ki, son vaxtlar ökədə uşaqların rus dilində olan məktəblərdə təhsil alması heç də birmənalı qarşılanmır. Bu da bir reallıqdır ki, ölkədə son illər rus bölməsinə axın artıb.

Ancaq bir vaxtlar rus bölməsinin müəllimləri işsiz galmışdı, bir neçə il sonra bu axın Azərbaycan bölməsinin müəllimlərinin işsiz qalacağını göstərir. Rus bölməsinə gəbula kvota goyula bilərmi?

Məlumata görə, təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirdi ki, rus dili bölməsinə axın bu günün məsələsi deyil:

“Sovet dövründə rus dili ikinci dil kimi II sinifdən tədris olunurdu. Biz müstəqillik qazandıqdan sonra “Rus dili” fənni artıq ayrıca dil qrupundan çıxarılıb, xarici dil qrupuna salındı. Həmin vaxt Rusiya ilə münasibətlərdə bəzi gərginliklər vardı. Ona görə də xarici dil kimi daha çox ingilis, fransız, alman dillərinə üstünlük verildi.

Rus dili əksər məktəblərdə fakültətiv, maraq kursları hesabına tədris olunmağa başladı. Ona görə də rus dilinə maraq xeyli azalmış oldu. Bizdə kütləvi ixtisarlar getdi və rus dilini tədris edən müəllimlər işlə təmin olunmaq məqsədilə ayrı-ayrı şirkətlərdə özlərinə iş tapdılar. Nəticədə bizdə rus dili müəllimi qıtlığı əmələ gəldi.

Bir müddət sonra, 2000-ci illərin əvvəllərində rus dilinə maraq yenidən artmağa başladı. 1990-cı ildən sonrakı dövrdə 14-17 faiz rus dilinə maraq artımı müşahidə olundu. Bu dövrdə müxtəlif mövqelər nümayiş olundu. Hətta bəziləri rus məktəblərinin bağlanması məsələsini irəli sürənlər oldu. Yəni bu məsələ hazırda da birmənalı qarşılanmır. Bununda səbəbləri var. Rus dili BMT-nin rəsmi 6 dilindən biridir.

Təhsil qanunvericiliyinə əsasən, valideynin dil seçmək səlahiyyəti var. Digər tərəfdən də əsaslandırırlar ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir və rus dilində təhsil alan uşaqlarda öz dilimizə meyil azalır. Bununla bağlı nazirlik səviyyəsində də rəsmi açıqlamalar verilib. Valideynlərin də şikayətləri var ki, rus sinifləri azdır.

Bunu da nazirlik kadr çatışmazlığı ilə əlaqələndirir. DİM-də də rus dili müəllimləri üçün keçid ballarını azaldıblar. Bu problem hələ də qalır. Son rəsmi nəticə kimi nazir müvini də rus dili ilə bağlı bildirib ki, biz bu dili ləğv edə, bu sinifləri azalda bilmərik".

Kvota məsələsinə gəldikdə, ekspert deyir ki, bu bir qədər mürəkkəb məsələdir:

"Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlər işə işçi götürən zaman dil xüsusiyyətini əsas götürürlər. Digər məsələ isə odur ki, Rusiyanın ali məktəblərində ödəniş daha aşağıdır. Yəni müəyyən səbəblər var ki, rus dilinə meyillilik hələ də artım üzrə gedir.

Maraqlı tərəf odur ki, bizim bir çox valideynlər “elit ailə” kimi, dəb xatirinə uşaqlarını rus dilində təhsilə cəlb etmək istəyirlər. Məsələn, görürüsən ki, bir ailədə uşağın rus dilində təsəvvürü yoxdur, ancaq valideynlər çalışırlar ki, onlar rus dilində təhsil alsınlar. Bu da sonradan öz nəticələrini göstərir.

Belə şagirdlərin qəbul olunmasının qarşısını almaq üçün rus sektoruna müsahibə vasitəsilə qəbul həyata keçirilir. Sadə rus dili bacarıqları, vərdişləri elementar səviyyədə yoxlanılır. Müsahibədən keçə bilməyən şagirdlər siniflərə qəbul olunmur. Digər bir məsələ var ki, bizdə hazırda bir sıra fənnlər “Azərbaycan tarixi”, “Zəfər tarixi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan coğrafiyası” rus bölmələrində Azərbaycan dilində tədris olunur.

Bu saat rus dilində təhsil alan uşaqların 99 faizi azərbaycanlıdır. Ona görə də onların milli hisslərini qoruyub saxlamaq üçün belə addımlar atılıb. Bunun nə effekt verəcəyi zamana bağlı olan məsələdir. Bir məsələdə var ki, təbii prosesin qarşısını süni vasitələrlə almaq düzgün mövqe deyil. Sadəcə, maarifləndirmə işi getməlidir.

Sovet dönəmində rus bölməsində tədris daha yüksək idi. İndi o dövrlər artıq gedib. Bu saat “Azərbaycan dili”nin tədrisi bu fərqi aradan qaldırıb. Bir də ki, peşəkar kadrlar da qalmayıb. Bu məsələni siyasi müstəviyə keçirmək səhv addımdır, iki dövlət arasında münasibətlərə xələl gətirə bilən bir məsələdir.

Ona görə də milli dildə tədrisə maraqlandırmaq istiqamətində iş gedir. Sadəcə olaraq, Azərbaycan dili bölmələrində hansında rus dili keçirilirsə, o bölmələrdə rus dilinin tədrisinin keyfiyyətini artırmaq lazımdır. Əgər uşaq rus dili keçirsə, o bu dili mükəmməl öyrənə bilsin və onun artıq rus bölməsində oxumasına ehtiyac qalmasın.

Əksinə, rus bölməsində “Azərbaycan dili” tədrisinin səviyyəsini artırmaqla rus dilində oxuyanlarda Azərbaycançılıq ideyaları, Azərbaycan dilinin mükəmməlliyi qorunub saxlansın. Burada hər hansı radikal addımlar atmağın, çağırışların əleyhinəyəm və bu proseslər dövlətçilik səviyyəsində, Təhsil qanunvericiliyinə uyğun həll olunmalıdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu