Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
BÜTÜN XƏBƏRLƏR
88872
az

May ayında toy etməyənlər: “Heç bir elmi əsası yoxdur” - SORĞU - FOTO

18:1412 May, 2023
146
CƏMİYYƏT
  • A

Hər bir xalqın özünəməxsus müxtəlif ənənələri var. Bunların bəzilərinin əsası var. Bəzilərinin isə məlum deyil. Adət-ənənələrin əsası olmasa da insanlar onlara hələ də əməl edirlər. May ayının da qəribə bir adəti var. Bu adətlərdən biri də mayda toy edilməməsidir. Toy etmək istəyənlər olur, lakin yaxınları, ailə üzvləri icazə vermir. Bir sözlə toy etmək istəyənlər arzusu ürəklərində qalır. Əksəriyyət səbəbi məlum olmayan adətlərə əməl edirlər.

Maraqlıdır, restoranlara may ayında toy üçün müraciət edənlər varmı?

Bununla bağlı oxu.az-ın əməkdaşı restoranlar arasında sorğu keçirib.

Şadlıq saraylarından birinin səlahiyyətlisinin sözlərinə görə, toy etmək üçün müraciət edənlər var:

"Digər aylara nisbətən toy etmək istəyənlərin sayında azalma müşahidə olunur. Lakin əvvəlki illərə nisbətən müraciət edənlər sıfır üzərində deyil. Azda olsa, müraciət edənlər var".

Digər bir şadlıq sarayından verilən məlumata görə, boş ay tendensiyası hələ də davam edir:

"Bu tendensiya hələ də davam edir. Müraciət edən yoxdur. Sıfıra bərabərdir. Digər mərasimləri edirlər. Ad günü may ayında varsa, iyunda edəsi deyil. Bu aya boş ay da deyirlər. Səbəbi bilinmir, naməlumdur. Müraciət edən müştərilərdən səbəbini soruşuram. Keçmiş dövr ilə əlaqələndirirlər.

Qışdan çıxan heyvanların may ayında əti çox olmur. Ət vermir. Keçmiş dövrdə bu fikrə görə, toy etməyiblər. Düşünürlər ki, boşanarlar və ya sonsuz olarlar".

Başqa bir restoran səlahiyyətlisi isə əvvəlki illərə nisbətən toy etmək istəyənlərin olduğunu qeyd edib:

"Digər aylarda 10 toy olurdusa, bu ayda 5 toy olur. Əvvəllər, ümumiyyətlə, olmurdu. İndi edən edir, heç fikir vermir. Etməyənlər isə, ümumiyyətlə, şadlıq saraylarına yaxın durmurlar".

Restoranlardan birindən isə iaşə obyektinə, ümumiyyətlə, müraciət edilmədiyini söyləyib:

"May ayında toy üçün müraciət edən yoxdur. Səbəbini demirlər. Səbəbsiz yerə bu vəziyyət yaranıb. Evlənmək istəyən də toyunu təxirə salır ki, uğursuzluq olar".

Digər bir şadlıq sarayından bildirilib ki, sırf toy üçün müraciət edən yoxdur:

"Bir-iki banket bağlanılıb. Sırf toy üçün müraciət edən yoxdur".

Başqa bir restoran səlahiyyətlisi ümumi durğunluğun olduğunu deyib:

"Demək olar ki, çox aşağı səviyyədədir. 3-5 dənə toy edən var. Əvvəllər heç olmurdu. Naməlumdur. Boş, ağır ay hesab edirlər. Düşünürəm ki, şəxslər bu səbəbdən etmirlər".

Şadlıq sarayı səlahiyyətlisi bu ənənəni cahilliklə əlaqələndirib:

"May ayı üçün müraciət edən yoxdur. Bu ənənəni şüuraltına uzun illər əvvəl yeridiblər. May ayını vay ayı adlandırıblar. Onların soyqırımı gününü biz millət olaraq nədənsə sanki vay ayı kimi qəbullanırıq. Şüuraltına yeridilən fikirdir. Cahillikdir. Heç kim toy etmir".

OXU24.COM  xəbər verir ki, mövzu ilə bağlı oxu.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev mayda toy edilməməsinin heç bir elmi əsası olmadığını qeyd edib:

"Mayda toy edənin uğursuzluğa düçar olacaqlarını zənn edirlər. Bunu araşdıranda məlum olur ki, heç bir elmi əsası yoxdur. Yalançı inanclara əsaslanan yanaşmadır. Bunun sağlam düşüncəyə aidiyyəti yoxdur. Əsası olmayan yanaşmadır. Hətta bəzən ermənilərlə də əlaqələndirirlər".

Ü.Şəfiyev dini baxımdan da əsassız olduğunu söyləyib:

"May ayında toy edilməməsi ilə bağlı din adamlarından da fikir almışıq. Heç bir əsası yoxdur. Bu ayı da adi aylardan hesab edirlər. İllər öncə sınaq edilib. Burada mistika axtarmağa ehtiyac yoxdur. Müasir dövrdə heç lüzumu yoxdur.

Hesab edirəm ki, heç bir obyektiv əsası yoxdur. Mistikadan çıxmalıyıq. Bizim cəmiyyətimiz dünyəvidir. Belə yanaşmaları arxada qoymalıyıq. Xurafata lüzum yoxdur. Bunun nə tibbi, nə dini, nə də elmi baxımdan əsası yoxdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
MURDARÇA : çox yerdə bilinməyən faydaları

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil