Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88856
az

Ali məktəbi qırmızı diplomla bitirənlərə əlavə hüquq verilməsi təklif edilib

14:1912 May, 2023
102
CƏMİYYƏT
  • A
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ali məktəbi qırmızı diplomla bitirənlərin səlahiyyət və hüquqlarının genişləndirilməsini təklif edib. Oxu24.com-un məlumatına görə, vitse-spiker çıxışında bildirib ki, bu gün qırmızı diplomun mənası itib, heç kimə lazım deyil. Onun sözlərinə görə, ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeydlik göstərilir: “Mütləq onlara hansısa üstünlük verilməlidir. Misal olaraq, universiteti bitirib, dərin təhsil alıb və hər şey qaydasındadır, mürəkkəbi qurumamış diplomu ilə yenidən harasa işə düzəlmək üçün imtahan verir. Bax, bu məsələ nəzərə alınmalıdır. Elm və Təhsil Nazirliyinə müraciət edəndə qanuna istinad edilir. Təklif edirəm ki, dəyişikliklərin siyahısına ali məktəbi qırmızı diplomla bitirən məzunların səlahiyyət və hüququnu genişləndirən imkan yaradaq. Bu, bir tarixdir və bunu bərpa etməliyik. Yoxsa tələbə niyə cəhd edib qırmızı diplom alsın?! Etiraf edək ki, bu gün qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə arxivə çevrilib”. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü