Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88803
az

Bir neçə ölkənin qida obyektləri Azərbaycana məhsul gətirmək hüququ qazanıb

14:1511 May, 2023
112
CƏMİYYƏT
  • A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin əvvəlindən Rusiya, İran, Belarus və digər dövlətlərdə yerləşən bir sıra qida obyektlərini təsdiq və ya şərti təsdiq edib.

Bu barədə Oxu24.com-a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, həmin müəssisələr məhsullarını Azərbaycana ixrac etmək hüququ qazanıb.

Belarusun Brest şəhərində yerləşən "Брестское мороженое" şirkətinə məxsus süd məhsullarının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi aparılıb. Qiymətləndirilmənin nəticələri Agentlik sədrinin müvafiq əmri ilə formalaşdırılmış Komissiyanın növbəti iclasında müzakirə edilərək, müəssisənin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul ediləcək.

Agentlik tərəfindən xarici ölkələrin səlahiyyətli dövlət qurumlarına müəyyən edilmiş möhlət bitdikdən sonra təsdiq edilməmiş obyektlərdən məhsulların idxal edilməsinə məhdudiyyət tətbiq ediləcəyinə dair xəbərdarlıq məktubu göndərilib.

Xatırladaq ki, “Qida təhlükəsizliyi haqqında” qanunun 24.5-ci maddəsinə əsasən, müəyyən edilən qida və yem məhsullarının Azərbaycanın gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir.

Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycanda qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu Agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya (videogörüntü) yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir. Qanunun 24.8-ci maddəsinə əsasən, qiymətləndirilmənin aparılması ilə bağlı xərclər həmin obyektlərə cavabdeh olan qida subyektlərinin və ya səlahiyyətli nümayəndəsinin vəsaiti hesabına ödənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı