Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88584
az

Qətlə yetirilən cərrahın ərinin xəyanət videosu yayıldı: Videodakı qadın görün kim imiş 

13:2508 May, 2023
1463
  • A

Mayın 7-nə keçən gecə Abşeron rayonu, Novxanıda yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Gündüzün həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni iddialar yayılıb.

Oxu24.com xəbər verir ki, mərhum həkimin ölümündən bir neçə gün əvvəl həyat yoldaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüzün ona xəyanət etməsi ilə bağlı yaxınlarına məlumat verdiyi bildirilir. Belə ki, iddiaya əsasən, Türkan ərinin evdə çalışan xidmətçi qadınla münasibətini əks etdirən görüntüləri onlara göndərib. Bağ evində çəkildiyi ehtimal edilən həmin video dünən gecədən sosial mediada yayılıb.

 

Hadisənin bu görüntülərlə bağlı olub-olmaması, cinayətin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda açılmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, ixtisaslı cərrah olan və son illərdə plastik cərrah kimi daha çox tanınan Türkan Yafəs qızı Gündüzün (Hacıyeva) 14 il əvvəl özündən 15 yaş böyük Muhammet Gündüzlə ailə qurduğu və bu izdivacdan iki qızlarının olduğu bildirilir. Ailədən indiyədək ciddi problemin yaranmadığı, cütlüyün ilin bir hissəsini Türkiyədə, qalan hissəsini Bakıda keçirdiyi bildirilir. T. Gündüz sosial şəbəkə hesablarında da həyat yoldaşı və ailəsi ilə bağlı tez-tez paylaşımlar edib.

Türkan Gündüz bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fəlsəfə doktoru vəfat etdi - FOTO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
“Gənclik” metrostansiyasında sərnişin qatar yoluna düşüb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ