Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88556
az

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

17:4207 May, 2023
95
CƏMİYYƏT
  • A

Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2023-cü ilin fevralında 202c-ci ilin analoji dövrü ilə müqayisədə 9,12 faiz artıraraq 747,52 milyon kubmetrdən 815,73 milyon kubmetrə çatdırıb.

Trend bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə təbii qaz ixracının həcminə görə üçüncü yer tutub.

Bu ilin fevral ayında Türkiyəyə ən böyük təbii maye qaz ixracçısı 2,066 milyard kubmetr göstərici ilə Rusiya olub. Göstərici 2022-ci ilin analoji dövründəki tədarüklə müqayisədə 12,20 faiz azdır.

İkinci yerdə 1,021 milyon kubmetr göstərici ilə ABŞ dayanıb ki, bu göstərici də 2022-ci ilin fevralı ilə müqayisədə 31,07 faiz azdır.

Qeyd olunan dövrdə Türkiyə bütünlükdə qaz idxalını 2022-ci ilin fevral ayı ilə müqayisədə 4,16 faiz azaldaraq 6,273 milyard kubmetrdən 6,012 milyard kubmetrə salıb ki, bunun da təqribən 3,147 milyard kubmetri boru kəmərləri ilə tədarüklərin, 2,864 milyard kubmetri isə maye təbii qazın (MTQ) payına düşüb.

2022-ci ilin fevralı ilə müqayisədə Türkiyənin boru kəmərləri ilə qaz idxalı 12,92 faiz, maye təbii qaz idxalı isə 7,75 faiz azalıb.

NİGAR

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA