Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88332
az

Beynəlxalq dairələr təcili Ermənistana ciddi təzyiqlər göstərməlidir - Sahil Kərimli - VİDEO

18:4803 May, 2023
83
CƏMİYYƏT
  • A

Beynəlxalq dairələr təcili Ermənistana ciddi təzyiqlər göstərməlidir.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bunu ARB 24-ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsinin tək yolu İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamasıdır.

"Əgər Ermənistan rəhbərliyi yenə sülhə gəlməzsə, bölgədə gərginlik davam edəcək. Bu gün Azərbaycanla sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistana lazımdır. İrəvan sülh istəmirsə, növbəti hərbi təxribatlara hazırlaşırsa, həmişə olduğu kimi yenə də Azərbaycanın öldürücü zərbəsi ilə üzləşəcək. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın bütün siyasi dairələri tərəfindən qəbul olunur. Sonda biz əminik ki Ermənistanın mövqeyi onun çətin dalana dirənməsiylə nəticələnəcək. Çünki hərbi və siyasi tərəfdən Azərbaycan güclüdür. Ermənistan 44 günlük acı məğlubiyyətə düçar olandan bu günə qədər heç nəyə nail ola bilmədi. Azərbaycan hərbi və siyasi cıhətdən istədiyinə nail olub. Bir neçə gün əvvəl Azərbaycan Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi qurdu. Həmin məntəqənin fəaliyyəti yüksək peşəkarlıqla həyata keçirilir", - deyə S.Kərimli əlavə edib.

Müsahibənin video versiyasını təqdim edirik:

NİGAR

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc
Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər