Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88107
az

Zülalla zəngin olan quzu əti, yoxsa qulançar?

21:2829 Aprel, 2023
186
CƏMİYYƏT
  • A

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur.

OXU24.COM  AZƏRTAC-a istinadən xəbər verir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır.

İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb, bazarlarda satışa çıxarılır. Bu bitkiyə tələbat çox olduğundan qiyməti də bahadır. Qulançar quzu ətinin qiymətinə - 16-17 manata, bəzən də ondan baha satılır.

Tovuz sakinlərinin əksəriyyəti qulançarı sahələrdən özləri toplayır. Xüsusən də bu işə ailəvi qoşulurlar.
Ətraflı
Ad - 00:06

Bişirilməsinə cəmi 5-10 dəqiqə vaxt sərf olunduğunu deyən Əyyublu kənd sakini Qənirə Bayramova, yaz aylarında qulançarı tez-tez bişirdiyini və ailə üzvləri tərəfindən də sevildiyini deyir.

"Qulançara "quşqonmaz" da deyirlər. Bərk hissələrini qırıb, sonra doğrayıb suda qaynadırıq. Suyunu süzəndən sonra soğanla qızardırıq. Müxtəlif cür bişirmək olur. İstəyən zövqə görə üzərinə yumurta da vura bilər, yumurtasız, uzun halda qızardıla da bilər. Yaxud yarı bölüb yenə də yağ-soğanla qızartmaq mümkündür", - Qənirə Bayramova bildirir.

Qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində "asparagin" və bir sıra vitaminlər - A, C, B1, B2 var. Tovuz-Qazax bölgəsində sakinlər qulançarın yığımına əsasən aprel-may aylarında başlayır.

Qeyd edək ki, gəlirli bitki olan qulançarın çoxlu seleksiya sortları da yaradılıb. Bunlardan ölkəmizdə "Arfanteylskaya rannaya", "Meri Vaşinqton" və "Hollandskaya" sortları becərilməkdədi. Lakin rayon sakinləri əsasən təbii şəraitdə bitən qulançarları toplayıb istifadə etməyə üstünlük verirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ