Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

XƏBƏR LENTİ

29 Aprel 2024
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
28 Aprel 2024
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı
Bahar taksi sürücülərinə səsləndi:
Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO
Bu qadın 8 ay hər gün kök suyu içdi və nəticə inanılmaz oldu!!!.
Yol polisi sürücülərə xəbərdarlıq etdi
BÜTÜN XƏBƏRLƏR
87933
az

Rəşad Dağlının törətdiyi qətldə şok detallar: "Üzdəniraq söhbətidir"

18:2326 Aprel, 2023
351
CƏMİYYƏT
  • A

Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər Mehdiyevin hüquqi varisinin kimliyi məlum olub.

Oxu24.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun qardaşlarından biri Etibar Mehdiyev zərərçəkmişin hüquqi varisi kimi işə cəlb edilib.

Belə ki, Rəşad Dağlı ilə görüşməzdən əvvəl İskəndər Mehdiyevin yanında məhz Etibar Mehdiyev olub. Onların telefon danışıqlarına şahidlik edib.

E.Mehdiyevin ibtidai istintaq müddətində verdiyi ifadənin məzmunu barədə bir sıra detalları da əldə edilib.

Məlum olub ki, Etibar İskəndərlə Rəşad Dağlının görüşəcəyindən xəbərdar olsa da, onların bıçaqlı mübahisə edəcəyini düşünməyib: "Biz ailədə üç qardaşıq. İskəndər balacamız idi, subay idi. Bizimlə eyni ünvanda yaşayırdı. Uşaq yaşlarında üstünə dəmir darvaza aşdığı üçün başından ağır xəsarət almış, psixikası pozulmuşdu. Hətta buna görə ona əlillik də verilmişdi, təqaüd alırdı. Qardaşım narkotik istifadəçisi olduğuna görə üç dəfə məhkum edilmişdi. Lakin heç kimlə düşmənçiliyi yox idi.

Rəşadı uşaq yaşlarından tanıyırıq, babası bizimlə qonşu olub. Münasibətimiz yaxşı olub, dəfələrlə evimizə gəlib-gedib. Son 3-4 ildə gediş-gəlişimiz azalsa da, münasibətimiz normal idi, mehriban olmuşuq.
 

İskəndər həbsdən təzə çıxmışdı. Çıxandan 1-2 gün sonra Rəşadı axtarmağa başladı, amma tapa bilmədi. Sonradan bildim ki, İskəndər Rəşadın nömrəsini tapıb zəng vurub. Noyabrın 8-dən 9-a keçən gecə saat 4 radələrində İskəndər dedi ki, Rəşad bizə gələcək, evdə oturacaqlar. Hətta çay da qoydu. Az sonra Rəşad İskəndərə zəng elədi. Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər. Telefonu söndürəndən sonra İskəndər aqressivləşdi. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər. Soruşdum ki, nə məsələdir, bir kəlmə dedi ki, üzdəniraq söhbətidir. İskəndər dedi ki, "Rəşad çaşsa, onu vuracağam”. Mən İskəndərlə Rəşadın münasibətinin yaxşı olduğunu bildiyim üçün onun Dağlını vurmaq barədə dediklərini ciddiyə almadım”.
 

Hüquqi varis ifadəsində Rəşad Dağlıya qarşı şikayət və tələbləri olmadığını deyib:

"İskəndər evdən çıxanda dedi ki, "Rəşad bu söhbəti həll eləməlidir”. Həmin vaxt bunu başa düşməmişdim. Hadisədən sonra bildim ki, İskəndər söhbəti həll eləmək deyəndə kimisə susdurmağı nəzərdə tuturmuş. Yəni, qardaşım Rəşada kiməsə susması üçün pul vermək lazım olduğunu deyib.

Qardaşımla uzun danışmağa imkanım olmadı, az sonra evdən çıxdı. Onların arasında dava olacağını bilsəydim, getməsinə icazə verməzdim. Evdən çıxanda ancaq telefonunu götürdü. Bir neçə saat sonra qohumlar zəng vurdu ki, mətbuatda İskəndərin Rəşad Dağlı tərəfindən öldürüldüyünü görüblər. Dərhal hadisə barədə maraqlandım və məlumatın düz olduğunu öyrəndim. Mən və ailə üzvlərimin hər hansı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq”.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
SON DƏQİQƏ! Rusiya sülhməramlıları Qarabağı tərk edir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var