Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

XƏBƏR LENTİ

29 Aprel 2024
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
28 Aprel 2024
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı
Bahar taksi sürücülərinə səsləndi:
BÜTÜN XƏBƏRLƏR
87926
az

Şəklinə baxa-baxa axtardı, bazarda tapıb güllələdi: Beyləqandakı qətlin şok təfərrüatı - FOTO

13:5326 Aprel, 2023
155
CƏMİYYƏT
  • A

Şəklinə baxa-baxa axtardı, bazarda tapıb güllələdi: Beyləqandakı qətlin şok təfərrüatı - FOTO
Beyləqan rayonunda odlu silahla adam öldürməkdə təqsirli bilinən Rəşad Məmmədovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"OXU24.COM " xəbər verir ki, rayon ərazisindəki bazarda Rəşad Məmmədov aralarında yaranan mübahisə zamanı Kamal Şirinovu odlu silahdan atəş açaraq qətlə yetirib. Hadisəni törətdikdən sonra şübhəli şəxs könüllü polisə gələrək təslim olub.

Saxlanılan Rəşad Məmmədov ifadəsində göstərib ki, 1993-cü ildə Füzuli rayonu işğal olunandan sonra valideynləri ilə birlikdə Bakıya köçərək Bakıxanov qəsəbəsindəki yataqxanada məskunlaşıblar. Həyat yoldaşı və uşaqları ilə birlikdə həmin yataqxananın 2-ci mərtəbəsində, valideynləri isə 1-ci mərtəbədə yaşayıblar. 

Son aylar ərzində arvadının mobil telefonuna tanımadığı nömrələrdən zənglər gəldiyi üçün aralarında tez-tez mübahisələr yaranıb. 

Dekabrın 8-də evə gəldikdə yoldaşının uşaqlarla olmadığını görüb. Anası onların Beyləqan rayonuna getdiklərini deyib. Həmin vaxtdan Rəşad arvad uşaqlarının arxasınca getməyib və telefonla zəng edib maraqlanmayıb. 

Dekabrın 28-də qayınatası Ramin Qasımov telefonuna zəng edib qızının evdən qaçdığını deyib. Qərara gəliblər ki, o, Gülnazı Bakıda, qayınatası isə Beyləqanda axtarsın. Şəhərdə müxtəlif ünvanlarda arvadını axtaran Rəşad onu tapa bilməyib. 

Evdə olduğu vaxt qayınatası zəng edib, hər hansı bir məlumat əldə edib-etməməsini soruşub. Sonra isə gözlənilmədən Gülnazı tapmayacağı təqdirdə qonşusu Vüqarı tutduracağını söyləyib. 

Bu xəbəri eşidən Rəşad dərhal qonşuluqda yaşayan Vüqar Mehdiyevə zəng edib küçəyə çağırıb. O, Vüqardan yoldaşı ilə bağlı nə bilirsə danışmasını xahiş edib. Lakin onun tərəddüd etməsini və heç bir söz demək istəmədiyini hiss etdiyindən əsəbiləşib üstünə qışqıraraq hər şeyi bildiyini vurğulayıb. 

Qonşusu deyib ki, yayda o, xəstəxanada olduğu vaxt gecə saat 1 radələrində tanımadığı bir oğlan onların evinə gələrək qapılarını döyüb. Arvadı qapını döyənin kim olduğunu soruşduqda həmin oğlan mənəm deyib. Bundan sonra qapı açılıb və həmin şəxs içəri daxil olaraq gecə onlarda qalıb. 

Vüqarın dediyinə görə, səhər tezdən naməlum şəxs Rəşadın evindən çıxıb aşağı düşən kimi o, digər qonşusu ilə ona çatıblar. Onun yaxasından tutub "bu evdə nə işin var" soruşduqda həmin oğlan əvvəl Gülnazla dayıoğlu-bibiqızı olduğunu sonra isə cavanlıq etdiyini bildirib. O özünü Kamal kimi təqdim edib və Beyləqan bazarında paltar satdığını deyib. 

Sübut olaraq Vüqar Rəşada telefonunda həmin oğlanın şəklinin olmasını və aralarında olan mübahisəni telefona çəkdiyini deyib. Rəşad Məmmədov niyə bunu ondan gizlətdiyini soruşanda  Vüqar Mehdiyev qorxduğundan və nəticənin pis olacağını fikirləşdiyi üçün demədiyini bildirib. Rəşad onun telefonunda olan videogörüntüləri öz telefonuna köçürüb. 

Dekabrın 29-da Rəşad qayınatasına zəng edərək ətrafında Kamal adlı şəxsin olub-olmamasını soruşub. Qayınatası belə adam tanımadığını, maraqlanıb öyrənəcəyini deyib. Ona söyləyib ki, sabah qardaşı Rövşənlə rayona gəlsin. 

Ayın 30-da səhər tezdən Beyləqana yola düşüblər. Qayınatası ilə söhbət zamanı Rəşad telefonda olan çəkilişi ona göstərib. Cavab olaraq qayınatası Kamal adlı şəxslə maraqlandığını və onun rayonda olduğunu söyləyib. Qızının onunla qaçdığı təqdirdə sonuncunun rayonda qalmasını istisna edib və yenə də Rəşada Gülnazı Bakıda axtarmasını tapşırıb. 

Bakıya qayıdan vaxt uşaqlarını da özü ilə aparmaq istədikdə, qohumları onların qalmasını, Gülnazın uşaqlara görə mütləq qayıdacağını deyiblər.

Rəşad Məmmədov ifadəsinin davamında bildirib ki, yola düşdükdən 3-4 dəqiqə sonra fikrini dəyişərək yenidən uşaqları görmək, həmçinin Kamalı axtarıb tapıb onunla söhbət etmək istəyib. Taksi ilə Beyləqan bazarına gəlib. Bazarda bir nəfəri Kamal oxşadıb. Cibindən telefonu çıxarıb şəkilə baxa-baxa onun Kamal olduğunu dəqiqləşdirib. Həmin şəxsin köşkünə yaxınlaşan Rəşad əlini uzadaraq ona salam verib. Dükanda olan paltarlara baxarkən onu tanıyıb-tanımamasını soruşduqda Kamal heç bir söz deməyib. 

Onun üzünə baxan Rəşad Bakıda yaşadığını Gülnazın yoldaşı olmasını və onun evdən qaçmasını deyib. Kamal onun yerini bilmədiyini qeyd edib. "Bu yalan sənə baha başa gələr" söyləyən Rəşada Kamal nahaqdan onu hədələdiyini bildirib və "əgər sən yaxşı, qeyrətli oğlan olsaydın, arvadın məni evə buraxmazdı" söyləyib. 

Həmin an onun telefonuna zəng edən qayınatası onun harada olduğunu soruşub. O isə 5 dəqiqəyə gələcəyini deyərək əlaqəni kəsib. 

Kamalın sözləri ona pis təsir etdiyindən Rəşad bərk əsəbiləşərək yenidən dükana doğru addımlayıb. 

Rəşad əlavə edib ki, aralarındakı məsafə təxminən 4 metr olanda belindəki tapançanı atəş üçün hazır vəziyyətə gətirib. Telefonla danışan Kamal üzü ona tərəf çevrilərkən silahı onun sinəsinə tuşlayıb və ardıcıl 8 dəfə atəş açıb. 

Daha sonra tapançanı cibinə qoyub bazarın qarşısındakı taksi ilə qayınatasının evinə gəlib. Evdə qayınatasına bazarda Kamalı öldürdüyünü və uşaqları ilə görüşməyə gəldiyini deyib. Uşaqlarını qucaqlayıb ağlayandan sonra qayınatası ilə birgə polisə gələrək təslim olub.

Məhkəmədə ifadə verən Gülnaz Qasımova bildirib ki, bu vaxtlar ərzində yoldaşının onu axtrmamasından əsəbiləşərək evdən qaçıb. Sulutəpə qəsəbəsində yaşayan nənəsinin evinə gedib. Ona rayondan xəbərsiz gəldiyini və yerini heç kimə deməməyi tapşırıb. 

Dekabrın 31-də bacısına zəng edib uşaqları soruşduqda sonuncu həyəcanlı şəkildə Rəşadın adam öldürdüyünü deyib. Bu səbəbdən o, rayona gəlib. Ondan Kamal adlı şəxsi tanıdığını soruşduqda o, bilərəkdən həmin şəxslə tanış olmadığını söyləyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxsin yaxınları və şahid ifadələri dinlənilib.

Sonda məhkəmənin hökmü ilə Rəşad Məmmədov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var