Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8774
az

Bakının məşhur gecə klubu bağlandı - Ərəb turistlərin sevimli məkanı idi

13:0110 Yanvar, 2019
937
CƏMİYYƏT
  • A
 Bakının ən məşhur gecə klublarından olan "İnfiniti” ötən ilin sonlarında tam şəkildə qapadılıb.

Oxu24.com  xəbər  verir  ki, bu  barədə  xəbər "Azpolitika”ya  məlumatlı mənbədən daxil olub.

Məlumata görə, ötən ilin sentyabır ayının sonlarında klubun bağlandığı elan olunsa da, "İnfiniti” müəyyən qrup müştərilərə xidməti davam etdirib. Daha doğrusu, əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan "elit müştərilərə” və varlı turistlərə "İnfiniti”nin qapıları açıq olub. Ancaq bu da çox çəkməyib. Ötən ilin dekabrında dövlət orqanları (konkret qurumun adı çəkilmir-mül.) tərəfindən  klubun tam dayandırılması, hətta içinin belə boşadılması  tələb olunub. Bundan sonra klubun fəaliyətinə son verilib.

Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun bağlanmasının konkret səbəbi açıqlanmayıb.

Ancaq bunun səbəbinin klubda əxlaqsızlığın əndazəni aşması, burada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı olduğu ehtimal olunur.

Xatırladaq ki, bir müddət öncə İraqdan olan blogerin "İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı. Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda "İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu.

Həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığının elan olunması, bir müddət əvvəl isə tam qapadılması "İnfiniti” və oxşar klublarda baş verənlərin "yuxarılarda” da narazılığa səbəb olduğunu düşünməyə əsas verir. Bunu Azərbaycana ərəb turistləri üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsi də təsdiqləyir.

Qeyd edək ki, ərəblərin, xüsusən də İraqdan gələn turistlərin Bakının gecə klublarında, hətta şəhərin mərkəzində pozğun qadınlarla min cür hoqqadan çıxması ölkə ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Hətta bəzi ziyalılar bununla bağlı müafiq tədbirin görülməsi üçün ölkə rəhbərliyinə müraciət də etmişdilər.

Görünür, bu müraciətlər nəticəsiz qalmayıb. Müvafiq qurumlara bu cür hallara son verilməsi üçün tapşırıq verilib. Mümkündür ki, "İnfiniti” və oxşar gecə klublarının bağlanması, İraqdan gələn turistlər üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsi də bununla bağlı olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi