Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87478
az

İş xanımı Elnarə Bəkirova atasının qətli barədə: "Biri deputatın dayısıdır..." - VİDEO

12:0020 Aprel, 2023
447
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, iş xanımı Elnarə Bəkirovanın atası Kamran Bəkirov qətlə yetirilib. 

 

Oxu24.com  axşam.az-a istinadən xəbər verir ki, Elnarə instaqramda canlı yayım açaraq atası haqda danışıb.

 

O, istintaqın gedişi ilə bağlı müraciət ünvanlayıb:

 

"Atam aprelin 6-da dostu ilə iş görüşməsinə gedib və oğurlanaraq qətlə yetirilib. Bunu edənlərin qanun qarşısında cavab verməsi üçün əlimdən gələni edəcəyəm. Bir ailəni başsız qoydular. Neçə gündür atamı görmürəm. Sabunçu Rayon Prokurorluğu məsələyə soyuq yanaşır. Baş Prokurorluğun məsələni öz üzərinə götürməsini xahiş edirəm. Hisslərimi cilovlaya bilmirəm. Atam övladlarımıza babalıq yox, atalıq edib. Atamın qətlində təqsirli bilinən şəxsin yaxınları vəzifəli şəxs olduğunu öyrənmişən. Ölkədə bir insan oğurluğu baş verib və qətllə nəticələnib. Amansız şəkildə qarnına, ayağına daş bağlayıb quyuya atıblar. Ailəmiz buna dözə bilmir. Bunu törətməkdə təqsirli bilinənlərin ailəsindən heç kim gəlib bizə üzürxahlıq etmədi. 

 

Atamla dünyasını dəyişməzdən bir gün əvvəl danışdım, dedi ki, qorxma böyük adamlardır, pulu göstərəcəm, iş görəcəyik. Dövlətimə güvənirəm. İnanıram ki, cinayəti törədənlər lazımi cəzanı alacaqlar. 


 

Prokurorluq suallarımızı cavablandırmır, atamın cinayətindən məlumat ala bilmirəm. Atam hansı maşınla gedib, necə olub, hansı saatda öldürülüb deyilmir. Onlara bir maddə ilə iş açmısınız. Atamın ölüm xəbərini saytlardan öyrəndim. Atamın üst geyimini tapa bilmirəm. Zəng edib morqdan özüm soruşuram. Öyrənmişəm ki, cinayəti törətməkdə təqsirli bilinənlərdən biri deputatın dayısı, digəri isə başqa dayısının kürəkənidir. Ən azından gəlib, üzrxahlıq edərdilər. Etmədilər...

 

Prokurorluğa mesajlar təqdim edirəm, yazışmaları göstərirəm, baxmırlar. Cinayəti araşdırmaqdan, məndən soruşurlar ki, atan pulu haradan alıb. 

 

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov atamın cəsədinin tapılmasında bizə çox yardım etdi. Tapılmaya da bilərdi, quyuya atılmışdı və hadisəni törətməkdə təqsirli bilinənlər bilet almışdı, ölkədən gedəcəkdi, amma yaxalandılar. 

 

Aprelin 6-dan bu hadisə olub, vəkilimə belə məlumat verilmir. Biz onlardan bir kəlmə belə soruşa bilmirik. Bəlkə də istintaq bu cür davam edir, olsun. Əminəm ki, günahkarlar layiqli cəzanı alacaqlar".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər