Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87196
az

"Başqalarının uşağına irad bildirmək düzgün deyil" - Psixoloq

10:2017 Aprel, 2023
83
CƏMİYYƏT
  • A

Tanınmış rusiyalı psixoloq İqor Meinhardt başqalarının uşaqlarına irad bildirməyin düzgün olmadığını deyib. 

OXU24.COM lent.az-a istinadən bildirir ki, psixoloq bu barədə müsahibəsi zamanı deyib. 

Onun sözlərinə görə, valideynlər təhlükəli olmayan hallarda uşaqların təkbaşına hərəkət etməsinə şərait yaratmalıdırlar. 

Psixoloq bildirib ki, tanımadığınız birinin uşağının hərəkətlərindən narahat ola bilərsiniz, ancaq bu sizin ona acıqlanmağınıza və ya söz deməyinizə imkan vermir. 

"Oğlunuzu və ya qızınızı qorumaq  istəyi başa düşüləndir. Amma ən azı bir neçə müddətlik fasilə verməlisiniz. Məsələn, uşağınız onları incidən sözlərə necə reaksiya verir? Əgər bunlara çox fikir vermirsə, ona qarışmağa ehtiyac yoxdur. Uşaq tədricən başqaları ilə ünsiyyət qurmağı öyrənməlidir və bu "başqalarının" hamısı mehriban və sakit olacağı mənasını vermir. Uşaqlarınız həmin yeni tanışlarla problem də yaşaya bilər, sözləri tutmaya bilər. Siz çalışın belə məsələlərdə qarışmayın. Onlar onsuzda aralarında məsələni həll edəcək". 

Psixoloqun sözlərinə görə, əgər qarşı tərəfdəki uşaqla problem həll olunmursa, bu zaman onun valideyni ilə danışmaq daha məqsədə uyğundur. Qətiyyən uşağa irad bildirməkdən çəkinmək lazımdır. Bu onların qüruruna çox pis təsir edir və onlarda aqresiya yaradır. Buna görə çalışıb uşaqların valideynləri ilə əlaqə saxlamaq məsləhətdir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər