Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87049
az

Bu istiqamətlərdə dövlət sərhədi yolunun bir hissəsi bağlanıb

13:1915 Aprel, 2023
111
  • A

Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb.

Oxu24.com  apa-ya istinadən xəbər verir ki, Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar bu gün saatlarından yolda hərəkət məhdudlaşdırılıb.

Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcək.

Qeyd edək ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpü istifadəyə verilən zaman uzunluğu 132 metr, eni 7 metrdir. 2017-ci ildə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 124-184-cü kilometrliyində yenidənqurma və əsaslı bərpa işləri aparılan zaman Tala çayı üzərindəki körpü əsaslı təmir edilib. Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edib. Lakin körpüdə təmir aparılan zaman konstruksiya işləri düzgün aparılmadığından körpünün hər iki başı tez-tez dağılaraq yararsız hala düşürdü. Buda avtomobillərtin körpüdən hərəkətində çətinliklər yaradırdı. Demək olar ki, körpünün hər iki başı həftə ərazində iki dəfə təmir edilirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər